Azərbaycan yığması Avstriyada təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama matçını keçirdi. Milli komandamızın baş məşqçisi Berti Foqts Makedoniyaya məğlub (1:3) olduğumuz yoldaşlıq görüşündən sonra jurnalistlərin suallarını cavablandırıb
- Öncə rəqib komandanı təbrik edirəm. Buraxdığımız səhvlərdən istifadə edib, qapımıza 3 qol vurdular. Amma buna baxmayaraq, mən komandamızın oyunundan narazı qalmadım. Komanda 3 gündən bir oyuna hazır olmalıdır. Bildiyiniz ki, biz 3 gün əvvəl Moldova ilə qarşılaşmışdıq, amma bu Makedoniyanın ilk yoldaşlıq görüşü idi. Həm də onu deyim ki, bizim bu oyunda bəxtimiz gətirmədi. Qol vurmaq və heç-heçə etmək üçün imkanlarımız var idi. Yaratdığımız şanslardan bəhrələnə bilmədik. Futbolda belədir, qol vurmasan, sənə qol vururlar. Biz bu qarşılaşmada yenilik etdi, yəni Rəşad Sadıqov ilk dəfə dayaq yarımmüdafiəçisi kimi oynadı. Milli komandada ilk oyununu keçirən Amit Quluzadədən razı qaldım. Nəzərə alın ki, onun yığmada ilk oyunu idi. Çox yaxşı və rahat oynadı.
- Görüşdə sizi narazı salan nə oldu?
- Ondan narazı qaldım ki, qarşılaşmanın əvvəlində bir az çətinlik çəkdik. Amma tezliklə öz oyunumuz tapdıq. Futbolçular nəzərə almalıdırlar ki, Avropa çempionatında da 3 gündən bir oyunumuz olacaq. Bu səbəbdən bizə belə görüşlər lazımdır.
- Azərbaycan yığması Avropa çempionatında ilk oyunlarını payızda keçirəcək. Yağışlı havada oynamaq komanda üçün çətin olmadı ki?
- Təəssüf ki, mən havanın necə keçməsi ilə bağlı sifariş verə, yəni, Allahın işinə qarışa bilmərəm (gülür). Düzdür, biz payızda Almaniya və Avstriya ilə oynayacağıq. Ona görə də, biz yağışlı havada futbol oynamağa adət etməliyik.
- Qarşılamanı bir çox əcnəbi menecer izləyirdi. Hətta Almaniya mətbuatının yazdığına görə, siz “Fortuna” klubunun menecerini yığmamızın oyunlarını izləməyə dəvət etmisiniz...
- Alman mətbuatını hardan belə məlumat aldığını mən bilmirəm. Onlar bunu özlərindən yazıb. Amma bilirəm ki, “Fortuna” rəsmiləri bura istirahət etməyə gəliblər. O cümlədən də bizim oyunları izləyirlər.
- Bəs siz həmyerlilərinizə hansı futbolçumuz məsləhət görərdiniz?
- Mən yığmamızın futbolçusunu “Fortuna”ya yox, “Borussiya”ya məsləhət görərdim.
- Konkret kimi?
- Deyə bilmərəm. Bizim komandada gənc futbolçular var. Onlar gələcəkdə Avropa klublarında oynaya bilərlər (apasport.az).
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
"Real"ın tibbi heyətindən kobud səhv
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video
Türkiyə yeni mövsüm avrokuboklarda necə təmsil olunacaq?
Qrizmannın MLS-də oynayacağı rəsmiləşdi
"Atletiko"dan "Arsenal"a keçə bilər
Modriçə sabiq klubundan təklif var
Tudorun “Tottenhem”dən ayrıldığı bildirilir
Depay 1 ay oynamayacaq
"Tottenhem"də baş məşqçi vəzifəsinə iki namizəd
Mbappe bu xəbəri yalan adlandırdı
4 min dollara bilet olar? - FİFA-dan şikayət edildi
Muslera yenidən Uruqvay millisində
Fransa millisindən kənarlaşdırıldı
"Apreldəki oyunlar üçün yekun heyəti müəyyənləşdirməliyik"
Vaqner Lav 41 yaşında karyerasını başa vurdu
Azərbaycan millisi apreldə daha iki oyun keçirəcək
“Qarabağ” Sinenkonu transfer edir? - Menecerdən açıqlama
Messi “Qızıl top”u akademiyaya apardı - Video
Tanınmış futbolçu karyerasını başa vurdu
Milliyə çağırılmadı, saatlarla qumar oynadı
Qrizmanın yeni klubundakı qazancı bilindi
“Yuventus”un müdafiəçisi “Barselona”nın hədəfində
Fransa millisində Deşamı Zidanın əvəzləyəcəyi dəqiqləşdi
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində
Osimhen əməliyyat olundu
"Marsel" klubu prezidenti ilə yollarını ayırdı