Avropa çempionatının seçmə mərhələsinin oyunlarına hazırlaşan Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası bu gün Kişinyov şəhərində moldovalı həmyaşıdları ilə yoxlama oyunu keçirib.
Bakı vaxtı ilə saat 20.00-da başlayacaq bu oyun Qol.Az saytı vasitəsilə canlı yayımlanıb.
Yoldaşlıq oyunu
Saat 20:00. Moldova (U-21) - Azərbaycan (U-21) 4:2
Gənclərdən ibarət yığmamızın baş məşqçisi komandasını aşağıdakı start heyəti ilə meydana buraxıb:
Osman Umarov, Tural Axundov, Tərlan Quliyev, Novruz Məmmədov, Nodar Məmmədov, Pərvin Paşayev, Emin Mustafayev, Orxan Həsənov, Emin Cəfərquliyev, Hüseyn Axundov, Nizami Hacıyev.
* Oyuna xeyli azarkeş toplaşıb. Onların arasında gənclər daha çoxluq təşkil edir. Xanımların futbola axını diqqət çəkir.
Oyun başladı
3. Görüşün baş hakimi qapımıza penalti təyin etsə də, yan xətt hakimi ilə məsləhətləşəndən sonra qərarını dəyişdi
* Tədricən komandamız üstünlüyü ələ almağa başlayıb. Amma hələ təhlükəli vəziyyət yarada bilməyib
* Oyunu minədək azarkeş izləyir
* Meydan sahibləri hesabı açmaq üçün bir neçə hücum təşkil etsə də, müdafiəçilərimiz etibarlı oyun nümayiş etdirir
19. Oyun əsasən meydanın mərkəzində gedir. Komandamız topa daha çox sahib olsa da, ötürmələrdə çoxsaylı səhvlərə yol verir
20. Komandamız oyunda ilk real qol vəziyyətini yaradır. Amma Emin Mustafayevin cərimə meydançasının içindən vurduğu top qapının üstündən keçir.
24. Moldovalılar da qapımız qarşısında təhlükəli vəziyyət yaradır. Lakin qapıçımız Osman Umarov komandamızı real qoldan xilas edir.
27. Tural Axundov rəqib futbolçuya qarşı kobud oynadığına görə sarı vərəqə ilə cəzalanır
37. Müdafiəçilərimizin səhvindən sonra Dmitri Vornisel dəqiq baş zərbəsiylə hesabı açır - 1:0
38. Lippert Tural Axundovun əvəzində Qara Qarayevi meydana buraxır
41. Qapımız qarşısında daha bir təhlükəli vəziyyət. Çertinin baş zərbəsi qapının üstündən keçir
43. Umarovla anlaşmazlıq nəticəsində Novruz Məmmədov avtoqola imza atır - 2:0
45. Müdafiəçilərimizin kobud səvhi qapımıza daha bir qolun vurulmasıyla nəticələnir. Bu dəfə də Vornisel fərqlənir - 3:0
Komandamız fasiləyə 0:3 hesablı yenilgiylə yollanır
İkinci hissə başladı
46. Lippert dəyişikliyə əl atır. Pərvin Paşayevi Cavid İmamverdiyev, Emin Mustafayevi Tagim Novruzov, Hüseyn Axundovu Şəhriyar Rəhimov əvəz edir
55. İkinci hissəyə də meydan sahibləri hücumlarla başlasa da, hazırda komandamız topa daha çox sahib olan tərəfdi. Lakin hücumlarımız kəsərsizdir
58. Rəqibin cərimə meydançasına ötürülən topu Emin Cəfərquliyev başla qapıya göndərsə də, azca dəqiqliyi çatmır
60. Ardıcıl 2 hücum. Cavid İmamverdiyevin zərbəsini tutan qapıçı ardından Orxan Həsənovun təkbətək çıxmasına imkan vermir
61. Komandamız fəallığı artırıb. Cavid İmamverdiyev yüzfaizli qol imkanını əldən verdi
76. Osman Umarov yüzfaizli qola imkan vermir
77. Cavid İmamverdiyev təxminən 25 metrlik məsafədən vurduğu gözəl qolla hesab arasındakı fərqi azaldır
79. Hesab arasındakı fərqi minimuma endirə bilərdik. Gəl ki, Tagimin uzaqdan zərbəsi tirdən dönür
82. Daha bir gözəl fürsəti qaçırdıq. Emin Cəfərquliyev boş qapıya düşə bilmir
84. Şəhriyar Rəhimov hesab arasındakı fərqi azaldır - 3:2
Oyunun sonlarında üstünlük tam komandamızın tərəfindədi. Lakin Orxanla Cavid iki çox təhlükəli zərbəsi "çərçivə"yə düşmədi
Millimiz əzmkar oyun sərgiləsə də, hələlik ümumi nəticədə geridi. Oyunun sonu olduğundan futbolçularımız tələsirlər
90. Komandamız hesabı bərabərləşdirməyə çalışdığı bir vaxtda öz qapısında qol görür. Mihay Turcan matçda son nöqtəni qoyur - 4:2.
Matç başa çatdı
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
"Real"ın tibbi heyətindən kobud səhv
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video
Türkiyə yeni mövsüm avrokuboklarda necə təmsil olunacaq?
Qrizmannın MLS-də oynayacağı rəsmiləşdi
"Atletiko"dan "Arsenal"a keçə bilər
Modriçə sabiq klubundan təklif var
Tudorun “Tottenhem”dən ayrıldığı bildirilir
Depay 1 ay oynamayacaq
"Tottenhem"də baş məşqçi vəzifəsinə iki namizəd
Mbappe bu xəbəri yalan adlandırdı
4 min dollara bilet olar? - FİFA-dan şikayət edildi
Muslera yenidən Uruqvay millisində
Fransa millisindən kənarlaşdırıldı
"Apreldəki oyunlar üçün yekun heyəti müəyyənləşdirməliyik"
Vaqner Lav 41 yaşında karyerasını başa vurdu
Azərbaycan millisi apreldə daha iki oyun keçirəcək
“Qarabağ” Sinenkonu transfer edir? - Menecerdən açıqlama
Messi “Qızıl top”u akademiyaya apardı - Video
Tanınmış futbolçu karyerasını başa vurdu
Milliyə çağırılmadı, saatlarla qumar oynadı
Qrizmanın yeni klubundakı qazancı bilindi
“Yuventus”un müdafiəçisi “Barselona”nın hədəfində
Fransa millisində Deşamı Zidanın əvəzləyəcəyi dəqiqləşdi
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində
Osimhen əməliyyat olundu
"Marsel" klubu prezidenti ilə yollarını ayırdı
Qvardiola qələbəni qızı ilə qeyd etdi - Video