“Qəbələ” növbəti mövsümə hazırlıq üçün xaricə üz tutmayacaq. Bu barədə Qol.Az-a Qəbələ təmsilçisinin vitse-prezidenti Fariz Nəcəfov məlumat verib.
Başa çatan mövsümdə Ramiz Məmmədovun rəhbərliyi altında “birinci altılığ”a vəsiqə qazanan, lakin sonuncu yeri tutan, ardından baş məşqçi dəyişikliyinə əl atan bölgə təmsilçisi növbəti milli çempionata yeni çalışdırıcısı Toni Adamsın rəhbərliyi altında hazırlaşacaq. Lakin Fariz Nəcəfovun sözlərinə görə, ingiltərəli mütəxəssis komandasını xaricdə yox, elə Qəbələdə hazırlaşdıracağını bəyan edib: “Digər klublardan fərqli olaraq, çox güman ki, biz növbəti mövsümə elə Qəbələdə hazırlaşacağıq. Buna yeni baş bəşqçimiz Toni Adams qərar verdi. Onun fikrincə, normal hazırlıq keçmək üçün Qəbələdə hər cür şərait var. Yəni, həm fiziki, həm texniki, taktiki hazırlıqları ən yüksək səviyyədə həyata keçirmək imkanına malikik. Belədə artıq xərc çəkib, hansısa başqa ölkədə uzun müddət qalmağımıza gərək duyulmadı”.
Fariz bəyin sözlərinə görə, “Qəbələ” yayda yalnız bir məqama görə, ölkə xaricinə yollana bilər: “Yalnız bir şeyə görə ölkə xaricinə gedə bilərik. Bildiyiniz kimi, yayda bütün klublarımız hazırlıq üçün müxtəlif ölkələrə yollanacaqlar. Ola bilsin ki, həmin dövrdə yoldaşlıq görüşü keçirmək üçün rəqib tapa bilmədik. Bəzi klublarımız da avrokuboklarda iştirak edəcəyindən, buna imkanı olmayacaq. Buna görə də, Toni Adamsın istəyinə uyğun olaraq, hansısa ölkəyə qısa müddətli səfərə yollanmağımız istisna olunmur. Yəni yalnız 3-4 sınaq matçı keçirmək üçün bir həftəlik ölkəni tərk edə bilərik”.
Hakimi "Real"a keçir?
Depay 1 ay oynamayacaq
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində
Osimhen əməliyyat olundu
"Marsel" klubu prezidenti ilə yollarını ayırdı
Qvardiola qələbəni qızı ilə qeyd etdi - Video
Tudoru o əvəzləyə bilər
Siyasət Əsgərov Türkiyə klubunun düşərgəsində