Misir millisinin lideri Məhəmməd Salahın ölkəsindəki ev ünvanı
internetdə yayılıb.
Qol.az-ın xəbərinə görə, Salahın ünvanını
öyrənən yüzlərlə azarkeş onun evi qarşısına toplaşıb. “Liverpul”un hücumçusu
isə fanatlarının qarşısına çıxaraq onların əksəriyyəti ilə şəkil
çəkdirib.
Xatırladaq ki, Misir millisi DÇ-2018-in qrup mərhələsinin hər
üç oyununda uduzaraq turnirlə erkən vidalaşıb.