«Çempionluğun əldən verilməsindən sonra çox pərişan olmuşuq. Lakin bununla yanaşı, qarşıdan kubokun final oyunu var və qələbə qazanmaqla bu mövsümü yaxşı bitirmək istəyirik». Bu sözləri Qol.Az saytına «Xəzər Lənkəran» komandasının vitse-prezidenti Tuyqun Nadirov deyib. O, «Bakı»yla son matç barədə heç nə danışmaq istəmədiyini bildirib. Vitse-prezident kubokun final görüşündən sonra bu məsələlər barədə danışacağını qeyd edib: «Mayın 23-də kubokun final matçında «Bakı» ilə yenidən qarşılaşacağıq. Onlar bizi evdə məğlub etdiyi kimi, biz də «Bakı»nı öz evində məğlub edəcəyik. Komandamız bu matça tam hazırdır. Məhz bu oyunla əlaqədar ötən oyunla bağlı heç nə danışmaq istəmirəm. İnanıram ki, kuboku qazanmaqla, həm də «Bakı»dan məğlubiyyətin əvəzin çıxacağıq».
T.Nadirov «Bakı» ilə oyundan sonra «Xəzər Lənkəran»ın fəxri prezidenti Mübariz Mənisimovun iştirakı ilə klubdaxili toplantının keçirildiyini deyib. Oyundan sonra «azərkeşlərin baş məşqçi Ağasəlim Mircavadovu istefaya səsləməsi barədə nə düşünürsünüz?» sualına gəlincə klub rəsmisi bunları söyləyib: «Klubun rəhbərliyi var və baş məşqçi ilə bağlı qərarları onlar verir. Bu barədə heç nə deyə bilmərəm. Bütün bunlarla yanaşı, istefa çağırışları azərkeşin öz fikridir. Düzdür, əlimizdə olan çempionluğbu əldən verdik. Lakin baş məşqçi Ağasəlim Mircavadov meydana çıxıb futbolçuların əvəzinə oynayası deyildi ki».
Hakimi "Real"a keçir?
Depay 1 ay oynamayacaq
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində
Osimhen əməliyyat olundu
"Marsel" klubu prezidenti ilə yollarını ayırdı
Qvardiola qələbəni qızı ilə qeyd etdi - Video
Tudoru o əvəzləyə bilər
Siyasət Əsgərov Türkiyə klubunun düşərgəsində
"Sevilya" baş məşqçisi ilə sağollaşdı
Ronaldo belə bərpa olunur - Şəkillər
"Barselona"ya keçmək istəyir
2-ci liqada 19-cu tur 3 oyunla başladı
FİFA Türkiyə klubunun daha 6 xalını sildi