Rəşad Sadıqov: «Karyeramı Azərbaycanda davam etdirəcəyəm»

ÖLKƏ FUTBOLU 17 May 2010 / 12:34 2387
-  A +

Milli komandamızın kapitanı Rəşad Sadıqov futbolçu karyerasını Azərbaycanda davam etdirəcək. Bu haqda Qol.Az-a R.Sadıqovun özü məlumat verib. «Qarabağ»la müqaviləsi başa çatan Sadıqov Azərbaycanın 2-3 klubundan təklif aldığını desə də, konkret ad açıqlamaq istəməyib: «Hələlik danışıqlar gedir. «Qarabağ» komandası da mənə komandada qalmağı təklif edib. Bu dəqiqə bütün variantları müzakirə edirəm. Yaxın 7-10 gün ərzində karyeramı hansı klubda davam etdirəcəyimi açıqlayacağam».
R.Sadıqov Türkiyədən də dəvət aldığını vurğulayıb. Lakin onun sözlərinə görə, bu gün Türkiyə 3-4 klubu çıxmaqla heç bir komandanın maddi durumu yaxşı deyil: «Qlobal maliyyə böhranı klublara da ciddi zərbə vurub. Hətta dünən çempion olan «Bursaspor» klubu da borc içindədir, futbolçular maaş ala bilmirlər. Yadınızdadırsa, Türkiyədə çıxış etdiyim klubun da maddi problemləri var idi. Bu mənada, hazırkı vəziyyətdə maddi tərəfdən ən yaxşı vəziyyət Azərbaycandadır. Ona görə də yəqin ki, karyeramı elə ölkəmizdə davam etdirəcəyəm». 

Daha çox


Son xəbərlər
19.07.25  18:25

"Real"da qalır