Bu gün Azərbaycan çempionu adını qazanan «İnter»in baş məşqçisi Kaxaber Sxadadze «Qəbələ»ni 4:1 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında «Bakı» klubuna təşəkkürünü bildirib.
«Bakı» «Xəzər Lənkəran»ı səfərdə məğlubiyyətə uğradaraq onun çempion olmasına imkan verməyib. «Qarabağ»ın «Neftçi»ylə oyunda gözlənilmədən xal itirməsi, «İnter»in isə qələbə qazanması bu komandanın Unibank Premyer Liqasının qalibi edib.
«Bizim çox kiçik şansımız qalmışdı ki, ondan da istifadə etməliydik. Sevincimi ifadə edə bilmirəm. «Bakı» komandasına təşəkkür edirəm ki, «Xəzər Lənkəran»la oyunda ləyaqətlə mübarizə apardı və sübut etdi ki, heç bir danışığa getməyib» - deyə Sxadadze «Qəbələ»ylə matçdan sonra keçirilən mətbuat konfransında bildirib.
Depay 1 ay oynamayacaq
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində
Osimhen əməliyyat olundu
"Marsel" klubu prezidenti ilə yollarını ayırdı
Qvardiola qələbəni qızı ilə qeyd etdi - Video
Tudoru o əvəzləyə bilər
Siyasət Əsgərov Türkiyə klubunun düşərgəsində
"Sevilya" baş məşqçisi ilə sağollaşdı
Ronaldo belə bərpa olunur - Şəkillər
"Barselona"ya keçmək istəyir
2-ci liqada 19-cu tur 3 oyunla başladı
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
Kyeza İtaliya millisinin heyətindən çıxarıldı
Qvardiola İngiltərə Liqa Kubokunun rekordçusu oldu
AFFA nümayəndələri UEFA Grow Konfransında
18 yaşlı futbolçu vəfat etdi