"Xəzər"in bank təminatı yoxdur" - Qurban Qurbanov

"Xəzər"in bank təminatı yoxdur" -  Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 11 May 2018 / 13:16 4953
-  A +

AFFA İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov birinci divizionun qalibi "Xəzər"in Topaz Premyer Liqaya buraxılmasına mane olan səbəbi açıqlayıb.

Qol.az-ın məlumatına görə, millimizin və "Qarabağ"ın baş məşqçisi "Xəzər"in bank təminatının olmadığını deyib:

"Bu klubun bank təminatı yoxdur. Buna görə də artıq nəsə demək olmur. Lisenziyalaşdırma tələblərinə əməl etmək lazımdır. Kim əməl edirsə, Premyer Liqada yerini almalıdır".

Xatırladaq ki, AFFA İcraiyyə Komitəsinin bugünkü  iclasından sonra qurumun baş katibi Elxan Məmmədov birinci divizion təmsilçilərindən yalnız "Sabah"ın sənədlərinin məqbul sayıldığını bildirib.

Daha çox


Son xəbərlər
topaz banner