Topaz Premyer Liqada komanda sayı artırılmır - "Kəpəz" gedir, "Sabah" gəlir?

Topaz Premyer Liqada komanda sayı artırılmır - "Kəpəz" gedir, "Sabah" gəlir?
ÖLKƏ FUTBOLU 11 May 2018 / 12:22 3954
-  A +

Topaz Premyer Liqada növbəti mövsümdə komanda sayı artırılmayacaq.

Qol.az-ın xəbərinə görə, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov qurumun İcraiyyə Komitəsinin iclasından sonra təşkil etdiyi brifinqdə açıqlama verib.

O, İcraiyyə Komitəsinin birinci divizion təmsilçilərindən ancaq "Sabah"ın sənədlərini məqbul saydığını deyib: "Lakin bu komandanın Premyer Liqada sonuncu yeri tutan "Kəpəz"i əvəzləyib-əvəzləməyəcəyinə AFFA-nın Lisenziyalaşdırma Qrupu qərar verəcək. Bu isə sabahkı iclasda bəlli olacaq".

Xatırladaq ki, birinci divizionun qalibi "Xəzər" olub. Lakin görünən odur ki, əvvəlki illərdə olduğu kimi, yenə birinci divizionun çempionu Premyer Liqaya buraxılmayacaq.

Daha çox


Son xəbərlər
topaz banner