AFFA İcraiyyə Komitəsinin qərarları - Yenilənib

AFFA İcraiyyə Komitəsinin qərarları -  Yenilənib
ÖLKƏ FUTBOLU 11 May 2018 / 14:47 5086
-  A +

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Qol.az-ın  xəbərinə görə, assosiasiyanın inzibati binasında keçirilən tədbirdə komitə üzvü Qurban Qurbanovun qısa hesabatı dinlənilib.

Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib:

Topaz Premyer Liqası klublarının əvəzedici  komandaları arasında keçirilən çempionat davam etdirilsin. 2018/2019-cu il mövsümündən etibarən əvəzedici komandanın oyunu əsas komandanın oyunundan 1 gün əvvəl keçirilsin.
 
Topaz Premyer Liqasında gənc futbolçularla bağlı limit aşağıdakı qaydada tətbiq olunsun:  1996-1997-ci il təvəllüdlü futbolçu start heyətinə, 1998-99-cu il təvəllüdlü futbolçu oyunun protokoluna daxil olunsun.
 
AFFA-nın baş katibliyi Birinci Divizionla bağlı İcraiyyə Komitəsinə yeni konsepsiya təqdim etsin.
 
AFFA-nın Apellyasiya və Arbitraj Tribunalının sədri Muxtar Babayevin istefası qəbul olunsun. AFFA-nın növbəti Konfransına qədər Apellyasiya və Arbitraj Tribunalının sədri vəzifəsi Ziya Babayevə həvalə olunsun.

Daha çox


Son xəbərlər
topaz banner