"Mövsümün sonunda "Jilina"ya qayıdacam" – "Səbail"in legioneri

"Mövsümün sonunda "Jilina"ya qayıdacam" – "Səbail"in legioneri
ÖLKƏ FUTBOLU 9 May 2018 / 20:19 3153
-  A +

“Səbail”in moldovalı yarımmüdafiəçisi Yevgeni Koçuk ölkəsinin mətbuatına müsahibə verib. Qol.az-ın məlumatına görə, Azərbaycandakı çıxışını dəyərləndirən futbolçu gələcəyi ilə bağlı da danışıb.

- Müntəzəm olaraq, “Səbail”in start heyətində meydana çıxırsınız. 11 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə etmisiniz. Azərbaycan çempionatındakı çıxışınızı necə qiymətləndirirsiniz?

- Mənə davamlı oyun praktikası lazım idi. Şadam ki, hazırkı komandada sabit oynayıram. Hər zaman olduğu kimi mənfi məqamlar var. Bununla belə, müsbət şeylər daha çoxdur. Düşünürəm ki, Azərbaycan çempionatındakı çıxışım tam olaraq uğurludur.

- Mart ayında “Neftçi” ilə oyundan sonra zədə almışdınız. İndi vəziyyətiniz necədir? Zədəniz ciddi idi?

- Hə, “Neftçi” ilə oyundan sonra zədə səbəbindən 1 görüşü buraxdım. Hazırda sağlamlıqla bağlı problemim yoxdur. Hər şey qaydasındadır və mən mövsümü meydanda başa vurmağa hazıram.

- “Səbail”də icarə əsasında çıxış edirsiniz. Azərbaycan mətbuatında xəbər çıxıb ki, “Jilina”ya qayıtmaqla bağlı bütün suallara aydınlıq gəlib. Hətta başqa bir kluba keçidiniz də istisna olunmur...

- Mənim “Jilina” ilə müqaviləm var. Mövsümün sonunda Slovakiyaya qayıdacam. Öz yaxın gələcəyimi bu çempionatda görürəm.

Daha çox


Son xəbərlər