"Keşlə"nin yarımmüdafiəçisi Ebrima Sohna Qol.az-a müsahibə verib. Topaz Premyer Liqanın 26-cı turunda "Qəbələ" ilə səfər heç-heçəsini (1:1) dəyərləndirən qambiyalı futbolçu bu rəqiblə ölkə kubokunun finalında keçiriləcək oyundan da danışıb.
- "Qəbələ" ilə səfər oyununda heç-heçə gözlənilməz olmadı?
- Açığı, oyuna yaxşı başlamamışdıq. İlk 10 dəqiqə rəqibin üstünlüyü şəraitində keçdi. Matçın əvvəlləri bizim üçün çətin olsa da, sonradan rahatlaşdıq və öz oyunumuzu oynamağa başladıq. Deyərdim ki, ilk hissədə topa nəzarət edən tərəf "Keşlə" oldu.
- Sizcə, həmin görüşdə 2 xalı hansı komanda itirdi?
- Rəqib evdə, biz isə səfərdə oynayırdıq. Buna baxmayaraq, sübut etdik ki, elə də zəif deyilik. Qəbələdə 1 xal qazanmaq bizim üçün yaxşı nəticədir. Düşünürəm ki, ədalətli nəticə elə bərabərlik idi.
- Ölkə kubokunun finalında da "Qəbələ" ilə qarşılaşacaqsınız. Özü də rəqibin meydanında...
- Bizim üçün olduqca vacib oyundur. Kuboku qazanmaq istəyirik. Qəbələyə də bunun üçün gedəcəyik. İnanıram ki, hər şey "Keşlə"nin xeyirinə olacaq.
- "Qəbələ" ilə son turdakı oyun göstərdi ki, final matçı heç də asan olmayacaq...
- Şəxsən mənim üçün hər oyun finala bərabərdir. Hər bir görüşdə qələbə qazanmaq istəyirəm. Ancaq istər-istəməz kubokla çempionat oyunu arasında fərq var. Final matçının ab-havası bir başqa cür olur.
- Mövsümün sonunda "Keşlə" ilə müqaviləniz başa çatacaq. Planınız nədir?
- Bunu mövsümün sonunda müzakirə edəcəyik. Hələ ki, qarşıda finala bərabər 2 oyun və kubokun final matçı var.
- Yəqin ki, ən azından özünüz üçün burda qalıb-qalmayacağınızı müəyyənləşdirmisiniz...
- Mən peşəkar futbolçuyam. Öz üzərimdə daim işləyirəm. Düzdür, burda özümü xoşbəxt hiss edirəm. Amma mövsümün sonunda hər şey ola bilər. Ona görə də yaxşısı gözləməkdir.
- Artıq 3 aydan çoxdur ölkəmizdəsiniz. Əvvəlki müsahibələrinizdə demişdiniz ki, Azərbaycan çempionatı maraqlı və gərgindir. İlkin təəssüratlarınızla indiki fikirləriniz arasında fərq var?
- Yox, mən hələ də fikrimdə qalıram. Premyer Liqada yaxşı futbolçular çıxış edir. Çox çətin çempionatınız var.
Elnur SALAHOV
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər
"Real"ın futbolçuları bütün klubları geridə qoydu
"Onlar haqqında hər şeyi bilirik" - Tomas Tuxel
Sabiq "Çelsi"li karyerasını bitirdi
"Meksika futbolu üçün tarixi matçlardan biri olacaq"
Bu da “Qarabağ”ın 8-ci transferi - Rəsmi
Həm bombardirdilər, həm də "tənbəl"
DÇ-2026-da ən çox qol epizodu yaradan müdafiəçi oldu
Braziliya Norveç tilsimini qıra biləcək?
"Zirə" afrikalı oyunçu transfer etdi
"Real"ın ilk tur matçı təxirə salına bilər
"Fənərbaxça"dan kapitanla bağlı qərar - Rəsmi
"Real" növbəti transferini açıqladı
Klopp Almaniya millisinin baş məşqçisi olacaq
Azərbaycan cüdoçusu Praqada gümüş medal qazandı
"Kəpəz"in daha bir rəqibi müəyyənləşdi
Fransanı 1/4 finala yüksəldən qələbə - Video
Duqlas Kostanın yeni klubu bilindi
“Mbappe əlimi sıxmaqdan imtina etdi” - Video
Ançelotti Norveç millisini təriflədi
Adi top azlıq etdi, XXL gətirdilər - Video
“Vestri” “Qarabağ”la oyundan əvvəl xal itirdi
Mərakeşin böyükhesablı qələbəsi - Video
İngiltərə millisi gücləndirilmiş mühafizə altında
DÇ-2026: Braziliya Norveçə qarşı
Mbappe Messini keçdi - Bombardirlik yarışı
Fransa və Mərakeş 1/4 finalda - DÇ-2026
Paraqvay – Fransa matçının start heyətləri açıqlandı
Hakim qərarı Kabo-Verde azarkeşlərini özündən çıxardı
Erve Renar istefa verdi
"Qarabağ"dan 1-ci liqa klubuna keçdi
"Turan Tovuz" yeni qapıçı transfer etdi
Mərakeşin futbolçusu sıradan çıxdı
Argentina Almaniyanın DÇ rekordunu təkrarladı
"Beşiktaş" futbolçusu ilə yollarını ayırdı
"Son oyunlardakı performansımız kifayət etməyəcək"
Kanada - Mərakeş: Heyətlər
"Barselona"dan Əl-Hilal"a keçə bilər