“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 26-cı turunda səfərdə “Qarabağ”a qalib gəldikləri oyundan (1:0) sonrakı mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Qol.az xəbər verir ki, Əhmədov əvvəlcə matçla bağlı fikirlərini bildirib:
- Bizim üçün vacib 3 xal idi. Mübarizəli, istəkli oyun gördük. Görüş bolqollu da ola bilərdi. 3-cü yer uğrunda mübarizə üçün vacib qələbə idi. Bizə dəstək olan hamıya təşəkkür edirəm. Xüsusilə, sonadək bizi dəstəkləyən azarkeşlərə.
- Əvvəl avrokuboklara düşməsəniz, istefa verəcəyinizi demişdiz. İndiki məqamda istefa vermək mənasız olmaz ki?
- Onsuz da, mövsümün sonunda müqavilə müddətim bitir. Mənim qarşıma komandanın yaxşı oyun sərgiləməsi vəzifəsi qoyulmuşdu. Bu barədə mətbuatda müxtəlif xəbərlər dolaşır. Doğrudan da, insan bu söz-söhbətdən artıq bezir. Artıq öz-özümdən şübhələnirəm ki, bunu mən bacarmışam? Qalib olanda, şərik çox olur. Məğlub olanda isə yox. Qarşıda iki tur var. Bundan sonra qalıb-qalmayacağım bəlli olacaq. Ancaq bir də deyirəm, mən komandaya gələndə, qarşıma qoyulan əsas məqsəd 6-7-ci yerləri tutmamaq idi.
- Rəhbərlik sizə qalmağı təklif etsə, cavabınız nə olacaq?
- Mən komandaya gələndə, rəhbərliyə şərt irəli sürmədim. Hətta öz komandamı belə gətirmədim. Hər halda, təklif olsa, mənim də şərtlərim olacaq.
- Lukas Qomes sona yaxın iki yüzfaizli qol imkanını qaçırdı...
- Vurulan bütün zərbələr qol olaydı, futbolun gözəlliyi olmazdı. Mirabdulla yorulmuşdu. Buna görə, onu əvəzlədim. Hər halda, Qomes irəli xətdə heç də pis təsir bağışlamadı.
- Klubdaxili münaqişə ilə bağlı mətbuatda yayılan xəbərlər doğrudu?
- Hər halda məlumat yayılıbsa, deməli, doğrudu.
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər
"Real"ın futbolçuları bütün klubları geridə qoydu
"Onlar haqqında hər şeyi bilirik" - Tomas Tuxel
Sabiq "Çelsi"li karyerasını bitirdi
"Meksika futbolu üçün tarixi matçlardan biri olacaq"
Bu da “Qarabağ”ın 8-ci transferi - Rəsmi
Həm bombardirdilər, həm də "tənbəl"
DÇ-2026-da ən çox qol epizodu yaradan müdafiəçi oldu
Braziliya Norveç tilsimini qıra biləcək?
"Zirə" afrikalı oyunçu transfer etdi
"Real"ın ilk tur matçı təxirə salına bilər
"Fənərbaxça"dan kapitanla bağlı qərar - Rəsmi
"Real" növbəti transferini açıqladı
Klopp Almaniya millisinin baş məşqçisi olacaq
Azərbaycan cüdoçusu Praqada gümüş medal qazandı
"Kəpəz"in daha bir rəqibi müəyyənləşdi
Fransanı 1/4 finala yüksəldən qələbə - Video
Duqlas Kostanın yeni klubu bilindi
“Mbappe əlimi sıxmaqdan imtina etdi” - Video
Ançelotti Norveç millisini təriflədi
Adi top azlıq etdi, XXL gətirdilər - Video
“Vestri” “Qarabağ”la oyundan əvvəl xal itirdi
Mərakeşin böyükhesablı qələbəsi - Video
İngiltərə millisi gücləndirilmiş mühafizə altında
DÇ-2026: Braziliya Norveçə qarşı
Mbappe Messini keçdi - Bombardirlik yarışı
Fransa və Mərakeş 1/4 finalda - DÇ-2026
Paraqvay – Fransa matçının start heyətləri açıqlandı
Hakim qərarı Kabo-Verde azarkeşlərini özündən çıxardı
Erve Renar istefa verdi
"Qarabağ"dan 1-ci liqa klubuna keçdi
"Turan Tovuz" yeni qapıçı transfer etdi
Mərakeşin futbolçusu sıradan çıxdı
Argentina Almaniyanın DÇ rekordunu təkrarladı
"Beşiktaş" futbolçusu ilə yollarını ayırdı
"Son oyunlardakı performansımız kifayət etməyəcək"
Kanada - Mərakeş: Heyətlər
"Barselona"dan Əl-Hilal"a keçə bilər