"Kəpəz"in baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqanın 26-cı turunda "Sumqayıt"la oyundan (1:1) sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, öncə matç haqqında danışıb.
- Bəzən görüşdən sonra şablon ifadələr işlədirik. Deyirik ki, oyuna qələbə qazanmaq üçün çıxmışdıq. Bu gün də oyuna çıxmışdıq ki, qələbə qazanaq. Maraqlı oyun oldu. Qarşıdakı matçlarda "Sumqayıt"a uğurlar arzulayıram. Demək olar ki, çempionatın axırıdır. Bizim də iki ağır oyunumuz qalıb. "Zirə" və "Neftçi" ilə matç çətin keçəcək. Həmin komandalar Avropa Liqasına vəsiqə uğrunda mkübarizə aparırlar. Biz isə turnir cədvəlinin sonuncu pilləsindəyik. Buna baxmayaraq, komanda mübarizə aparır. Son dəqiqəyə kimi oynayır ki, xallar toplayaq. Bu gün də 3 xal qazanmaq istəyirdik. Bugünkü qarşılaşmada qalib gələn komanda biz olmalıydıq. Əfsuslar olsun ki. səhv etdik və qapımızda qol gördük. Mən hakimləri qınamaq istəmirəm. Düşünürəm ki, orada cərimə zərbəsi verməli idi. Dünən bəlkə də Avropa Liqasında "Zalsburq" Marsel oyunun izləmisiniz. Hakimin kobud səhvi qolla nəticələndi. Bu gün də top rəqib futbolçudan çıxmışdı. Hakim isə autu onlara verdi. Epizod da bizim qapımıza qolla nəticələndi. Həmin epizod olmasaydı qələbə qazanan tərəf biz olardıq. Amma bu gün komandadan razı qaldım. Futbolçular yaxşı oynadı və əzmkar oyun göstərdilər.
- Quili Mandqaladzeni zədələndi və onu əvəzlədiniz. Azarkeşlər də narazılıq etdi...
- Azarkeşlər etiraz etdilər. Mən həmin an çönüb onlara deyə bilmərəm ki, bu oyunçu zədəlidir. Əslində birinci hissədən sonra onu əvəzləmək istədik. Həkim ilk hissədən sonra ona iynə vurdu. İkinci hissədə meydanda oldu. Əgər oynaya bilsəydi, sona kimi mübarizə aparacaqdı. Amma iynədən sonra da onda ağrılar oldu. Hansı məşqçi yaxşı oyunçunu əvəzləyər? Şəhriyar Əliyevi də gözlənilmədən əvəzlədim. Şəhriyar tez əlini qaldırdı. Həkimi çağırmaq lazım deyil. Mən istəmədim ki, komanda meydanda bir dəqiqə də olsa, azlıqda qalsın. Ona görə də Şəhriyarı əvəzlədim. Əvəzetmə reallaşandan sonra Əliyev mənə dedi ki, yaxşıyam və oynaya bilərəm. Artıq gec idi. Onu əvəzləmək fikrim də yox idi. Məcburiyyət qarşısında qalıb onları əvəzlədim (sportnet.az).
Qrizmann bu kluba keçir
Flikin "Barselona"sı Valverdenin rekorduna yaxınlaşır
Dörd gün ərzində iki qırmızı vərəqə aldı
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
"Titullar meydanda qazanılır"
"Kristal Pelas"da Şon Dayç dövrü başlaya bilər
"Son oyunundan məmnun qalmadım, rotasiya etdik"
"Tottenhem"dən ağır məğlubiyyət
Səfər qadağası "Ayaks" azarkeşlərini dayandırmadı - Video
Nəriman ilk oyunundan paylaşım etdi - Şəkillər
Sonuncu pillədə yer alan klubda yeni baş məşqçi təyinatı
"Barselona" liderliyini möhkəmləndirdi
"Mançester Siti" final matçına itki ilə çıxacaq
Azərbaycan millisinin yekun heyəti açıqlandı
İrqçi təhqirlərə görə Premyer Liqa matçı dayandırıldı
"Barselona" futbolçularından sabiq ulduza ad günü jesti
Kökçünün komandası yenə uduzdu
Bakıya gələ bilməyən millinin baş məşqçisi istefa verdi
Tanınmış futbolçu karyerasını bitirdi
Emin Mahmudov Qurban Qurbanova çatdı
Mikels Nasimovun rekordunu təkrarladı
Mahir Emreli Miroslav Kloze ilə görüşdü - Şəkillər
Modriç "Top-5" liqalarında 2-ci oldu
665 gün sonra meydana qayıtdı
Yaxın Şərqdəki vəziyyətə görə Bakıya gələ bilməyəcəklər