"Xəzər Lənkəran"ın sabiq futbolçusu Adrian Pit bir vaxtlar formasını geyindiyi "Roma" klubunun dünən doğma meydanda "Liverpul"u məğlub etməsinə baxmayaraq, iki oyunun nəticəsinə görə (2:5, 4:2) Çempionlar Liqasında mübarizəni dayandırmasına münasibət bildirib.
Rumıniyalı müdafiəçi Qol.az-a açıqlamasında keçmiş komandasının finala çıxa bilməməsini hakimlərin qərəzli idarəçiliyi ilə əlaqələndirib:
"Roma" finala vəsiqəni dünən yox, 1 həftə öncə Liverpulda əldən vermişdi. Düzdür, dünən yenidən geridönüş edib, növbəti möcüzəni gerçəkləşdirə bilərdilər. Əgər hakim ingilislərin qapısına penalti təyin etsəydi, hesab "Roma"nı finala daşımaq üçün kifayət edirdi".
Çempionlar Liqasının yarımfinal mərhələsində keçirilən hər iki görüşdə ("Real" - "Bavariya", "Roma" - "Liverpul") hakimlərin idarəçiliyini kəskin tənqid edən Pit onları axmaq adlandırıb:
"Hakimlərin niyə bu cür zəif, yaxud qərəzli idarəçilik etdiklərini dəqiq deyə bilmərəm. Görünür, onlar böyük komandaların əleyhinə qərar verməyə qorxurlar. Hakimlər ya qorxaq, ya da axmaqdırlar".
Qeyd edək ki, 2007-2010-cu illərdə "Roma"nın şərəfini qoruyan Pit 2011-2014-cü illərdə isə "Xəzər Lənkəran"da çıxış edib.
Hakim qərarı Kabo-Verde azarkeşlərini özündən çıxardı
Erve Renar istefa verdi
"Qarabağ"dan 1-ci liqa klubuna keçdi
"Turan Tovuz" yeni qapıçı transfer etdi
Mərakeşin futbolçusu sıradan çıxdı
Argentina Almaniyanın DÇ rekordunu təkrarladı
"Beşiktaş" futbolçusu ilə yollarını ayırdı
"Son oyunlardakı performansımız kifayət etməyəcək"
Kanada - Mərakeş: Heyətlər
"Barselona"dan Əl-Hilal"a keçə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
"İmişli" onu da göndərdi