"Çempionluq sevincini heç nə ilə müqayisə etmək olmaz. Bu, yeni bir mədəniyyət və təcrübədir. "Qarabağ” Ağdamı təmsil edir. Orada hərbi vəziyyət olduğu üçün Bakıda oynayırıq. Paytaxtda elə də çox azarkeşimiz yoxdur. Çempion olmaq vəzifəmiz idi və artıq adi hal kimi qəbul olunur. Hazırda ikinci pillədəki komanda üzərində 17 xallıq üstünlüyümüz var”.
Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın polşalı futbolçusu Yakub Jezniçak ölkəsinin mətbuatına müsahibəsində deyib.
O bildirib ki, Çempionlar Liqasının təsnifat mərhələsində sabiq komandası "Legiya" ilə düşmələrini istəmirlər: "Bu klubda çalışan insanlar "Legiya" ilə qarşılaşmaq istəmir. Çünki "Legiya" UEFA reytinqində "Qarabağ"ı ötüb. "Legiya”ya azarkeşlik edirəm və amma bu turnirdə onlarla düşməyimizi istəmirəm".
Y.Jezniçak bu mövsüm şansının gətirmədiyini söyləyib: "Çünki 7 dəfə zədələndim. Barmaq və burnumdan əməliyyat olmuşam. Baş məşqçimiz müalicəmi Polşadan davam etdirməyə icazə verdi. Sağlamlıq baxımından yaxşı il olmadı. Ancaq Çempionlar Liqasında oyunumu nümayiş etdirdim və xəyallarımı gerçəkləştirdim".
Hakim qərarı Kabo-Verde azarkeşlərini özündən çıxardı
Erve Renar istefa verdi
"Qarabağ"dan 1-ci liqa klubuna keçdi
"Turan Tovuz" yeni qapıçı transfer etdi
Mərakeşin futbolçusu sıradan çıxdı
Argentina Almaniyanın DÇ rekordunu təkrarladı
"Beşiktaş" futbolçusu ilə yollarını ayırdı
"Son oyunlardakı performansımız kifayət etməyəcək"
Kanada - Mərakeş: Heyətlər
"Barselona"dan Əl-Hilal"a keçə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
Fransa millisində itki - Paraqvayla matçı buraxacaq
Karyerasını bitirməyi düşünürdü, amma...