"Fiorentina"nın yarımmüdafiəçisi Federiko Kyeza Avroliqanın qrup mərhələsində "Qarabağ"a qarşı keçirdikləri oyunu xatırladıb.
Qol.az-ın "The times" nəşrinə istinadən məlumatına görə, ötənlərin məşhur futbolçusu Enriko Kyezanın oğlu atası ilə münasibətlərindən danışarkən 2016-2017 mövsümündə Avroliqanın qrup mərhələsində Bakıda Ağdam klubunun qapısına vurduğu qolu yada salıb. 20 yaşlı oyunçu həmin görüşdə fərqləndiyinə görə atasının sevincindən telefonda qışqırdığını bildirib:
"Atam həmişə mənə deyirdi ki, sənin oyunun məşqi xatırladır. Ötən mövsümün son matçında "Peskara"ya qarşı oynayırdıq. Görüşün 30-cu dəqiqəsində qırmızı vərəqə alıb, meydandan qovulduğum üçün mənimlə 3 gün danışmadı. "Qarabağ"a qol vuranda isə sevincindən telefonda qışqırırdı".
Qeyd edək ki, 2016-cı il dekabrın 8-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda "Qarabağ" "Fiorentina"ya 1:2 hesabı ilə uduzub. İtaliya klubunun heyətində qələbə topunu 76-cı dəqiqədə məhz Kyeza vurub.
Hakim qərarı Kabo-Verde azarkeşlərini özündən çıxardı
Erve Renar istefa verdi
"Qarabağ"dan 1-ci liqa klubuna keçdi
"Turan Tovuz" yeni qapıçı transfer etdi
Mərakeşin futbolçusu sıradan çıxdı
Argentina Almaniyanın DÇ rekordunu təkrarladı
"Beşiktaş" futbolçusu ilə yollarını ayırdı
"Son oyunlardakı performansımız kifayət etməyəcək"
Kanada - Mərakeş: Heyətlər
"Barselona"dan Əl-Hilal"a keçə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
Fransa millisində itki - Paraqvayla matçı buraxacaq
Karyerasını bitirməyi düşünürdü, amma...
Kapitan "Liverpul"da qalır
"Sabahın Ulduzları" ilə bağlı tədbir keçirilib