"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov evdə "Kəpəz"i 3:0 hesabı ilə yendikləri Topaz Premyer Liqasının 25-ci tur matçından sonra müsahibə verib
- Matçı necə dəyərləndirərdiniz?
- "Kəpəz"lə oyunlarımız həmişə gərgin alınıb, çətin keçib. Bu gün də belə olacağını gözləyirdik. Lakin yaxşı ki, uşaqlar istəkli oynadılar və birinci hissədə matçın müqəddəratını həll etdilər. Əvvəlki qarşılaşmalarda isə qələbə qazana bilmirdik. Bu da komandanın vəziyyətini gərginləşdirirdi. Artıq çempionat yekunlaşır. Qarşıda 3 tur qalıb. Bir də Azərbaycan kubokunda final matçımız var.
- Bu qələbə final oyunu üçün stimul yarada bildi?
- İndidən elə demək olmaz. Kubokla çempionat fərqli yarışlardır. Lakin belə oyunların əzmkar, istəkli alındığını görəndə final matçının maraqlı keçəcəyinə ümid yaranır. Amma demək olmaz ki, çempionatdakı qələbə kubokdakı oyun üçün stimul yaradır və ya əksinə. Finaladək hələ bir ay var.
- "Keşlə" ilə oyununuz "Qəbələ"də arxayınlıq yaratmayıb?
- Qətiyyən. Baş məşqçi Roman Qriqorçukla da, futbolçularla da bu barədə söhbətimiz olub. Birincisi, hələ oyunadək çox var. Digər tərəfdən, final matçı bir oyunluqdur. Burada istənilən komanda qalib gələ və ya məğlub ola bilər. Ona görə də bu görüşə hər iki komanda tam fərqli ruhda çıxacaq. Boşalmaq olmaz və arxayınlıqdan, eyforiyadan söhbət gedə bilməz.
- Belə söhbətlər gəzir ki, mövsümün sonunda "Qəbələ” Roman Qriqarçukla yollarını ayıracaq. Bu, nə dərəcədə doğru məlumatdır?
- Bu barədə hələ bir söz deyə bilmərəm. Hələlik onunla heç bir söhbətimiz olmayıb. Roman Qriqorçukla belə razılaşmışıq ki, bu tip məslələri çempionatın sonunda müzakirə edək. Onun komanda ilə mövcud müqaviləsi mayın axırında başa çatacaq. Yalnız bundan sonra açıqlama verməyimiz mümkündür (sportnet.az).
Qrizmann bu kluba keçir
Flikin "Barselona"sı Valverdenin rekorduna yaxınlaşır
Dörd gün ərzində iki qırmızı vərəqə aldı
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
"Titullar meydanda qazanılır"
"Kristal Pelas"da Şon Dayç dövrü başlaya bilər
"Son oyunundan məmnun qalmadım, rotasiya etdik"
"Tottenhem"dən ağır məğlubiyyət
Səfər qadağası "Ayaks" azarkeşlərini dayandırmadı - Video
Nəriman ilk oyunundan paylaşım etdi - Şəkillər
Sonuncu pillədə yer alan klubda yeni baş məşqçi təyinatı
"Barselona" liderliyini möhkəmləndirdi
"Mançester Siti" final matçına itki ilə çıxacaq
Azərbaycan millisinin yekun heyəti açıqlandı
İrqçi təhqirlərə görə Premyer Liqa matçı dayandırıldı
"Barselona" futbolçularından sabiq ulduza ad günü jesti
Kökçünün komandası yenə uduzdu
Bakıya gələ bilməyən millinin baş məşqçisi istefa verdi
Tanınmış futbolçu karyerasını bitirdi
Emin Mahmudov Qurban Qurbanova çatdı
Mikels Nasimovun rekordunu təkrarladı
Mahir Emreli Miroslav Kloze ilə görüşdü - Şəkillər
Modriç "Top-5" liqalarında 2-ci oldu
665 gün sonra meydana qayıtdı
Yaxın Şərqdəki vəziyyətə görə Bakıya gələ bilməyəcəklər