"İndi millini yox, finalı düşünürük" – Roman Qriqorçuk

"İndi millini yox, finalı düşünürük" – Roman Qriqorçuk
ÖLKƏ FUTBOLU 28 Aprel 2018 / 21:07 3377
-  A +

“Bu gün qalib gəldik. Ancaq kənardan göründüyü kimi, bu, asan olmadı. Sadəcə, düzgün oynadıq, qol imkanlarımızdan istifadə etdik”.

Bu sözləri Topaz Premyer Liqanın 25-ci turunun “Kəpəz”lə oyunundan sonra  keçirilən mətbuat konfransında “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib. 3:0 hesabı ilə qalib gəldikləri görüşü dəyərləndirən ukraynalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- İkinci hissədə tempin düşməsi motivasiya ilə bağlı idi?

- Yox. Aydın məsələdir ki, rəqib öz oyun üslubunu davam etdirirdi. Bizə hər oyunda həm xal qazanmaq vacibdir, həm də futbolçular yaxşı formada olmalıdır. İkinci hissədə qol vura bilməməyimiz epizodlardan pis yararlanmağımızla bağlı idi.

- Mayın 28-də kubokun finalında “Keşlə” ilə oynayacaqsınız. Bir gün sonra millinin yoldaşlıq görüşü var. Bu məsələni baş məşqçi Qurban Qurbanovla danışmısınız?

- Mən heç kimlə heç nə müzakirə etməmişəm. İndi millini yox, finalı düşünürük. Bütün futbolçulara şans verəcəyik. Təbii ki, kim daha yaxşı hazır olacaq, onları buraxacağıq. Aydındır ki, finalda oynayanlar sabah millidə oynaya bilməz. Amma finalda oynamayan mili üzləri çıxış edə bilərlər.

- Rəqiblərə qarşı ikili standartla yanaşırsınız. Bəhlul Mustafazadənin “Qəbələ”yə qarşı oynamasına icazə vermədiniz. Ancaq Roman Hüseynova güzəştə getdiniz. Bu, "Kəpəz"in "Sumqayıt"dan zəif olmasıyla bağlıdır?

- Romanla bağlı niyə belə olduğunu dəqiq deyə bilmərəm. Fikrim rəqibə görə dəyişmir. Mövqeyim budur ki, müqaviləylə bizə məxsus olan futbolçunun “Qəbələ”yə qarşı oynamasına icazə verilməsin. Ancaq ola bilər ki, rəhbərliklə başqa məqamlar razılaşdırılıb. Bu haqda xəbərim yoxdur. Rəhbərliyin mövqeyinə də qarşı çıxmıram. (sport24)

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır