"Qəbələ"dən asan qələbə, "Neftçi" uduzdu

"Qəbələ"dən asan qələbə, "Neftçi" uduzdu
ÖLKƏ FUTBOLU 28 Aprel 2018 / 19:50 11282
-  A +

Topaz Premyer Liqada 25-ci turun oyunları davam edir.

Qol.az-ın məlumatına görə, bu gün daha 2 görüş keçirilib. Günün ilk oyununda "Keşlə" öz meydanında "Neftçi"ni qəbul edib. Qonaqlar qələbə qazansaydılar, 3-cü pilləyə yüksələcəkdilər. Ancaq Yuri Maksimovun komandası bu görüşdə qalib gəlməklə, xal ehtiyyatını artırıb və 6-cı pillədəki mövqeyini möhkəmlədib.

Günün digər oyununda isə ikincilik uğrunda yarışan "Qəbələ" autsayder "Kəpəz"i qəbul edib. "Qırmızı-qaralar" rəqibini 3:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, turun son oyunu sabah keçiriləcək.


28 aprel (şənbə)

Topaz Premyer Liqası

XXV tur

16:00. “Keşlə” - “Neftçi” - 2:1
Qollar:
Vaqif Cavadov, 21, (1:0), Namiq Ələsgərov, 42 (1:1), Adrian Skarlatake, 68 (2:1)
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Nahid Əliyev, Ömər Paşayev
“İnter Arena”

18:00. “Qəbələ” - “Kəpəz” - 3:0
Qollar:
Filip Ozobiç, 31 (1:0), Stiven Monroz, 39 (2:0), Cavid Hüseynov, 45 (3:0)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov
Qəbələ şəhər stadionu


29 aprel (bazar)

19:00. "Sumqayıt” - “Səbail”
Hakimlər:
Rəvan Həmzəzadə, Rza Məmmədov, Azər Əsgərov, Ramil Diniyev
“Kapital Bank Arena”

27 aprel (cümə)

19:00. “Zirə” - “Qarabağ” - 1:2

N Klublar O Q H M T-F X
1 Qarabağ 25 19 5 1 36-9 62
2 Qəbələ 25 13 6 6 40-24 45
3 Sumqayıt 24 11 6 7 31-26 39
4 "Neftçi" 25 11 4 10 32-25 37
5 "Zirə" 25 9 8 8 31-28 35
6 Keşlə 25 6 6 13 24:38 24
7 Səbail 24 5 5 14 16:33 20
8 Kəpəz 25 3 4 18 15:42 13

Bombardirlər:

Baqali Dabo ("Qəbələ) - 12 qol
Mahir Mədətov ("Qarabağ") - 8 qol
Amil Yunanov ("Sumqayıt") - 8 qol
Stiven Monroz ("Qəbələ") - 8 qol
Riçard Qadze ("Zirə") - 6 qol

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır