Xumar Qədimova: «O futbolçunun adı çox erotik səslənir»

Xumar Qədimova: «O futbolçunun adı çox erotik səslənir»
ÖLKƏ FUTBOLU 23 Aprel 2010 / 18:23 9294
-  A +

Populyar müğənni Xumar Qədimova futbolçularla bağlı ilginc açıqlamalar verib. Qol.Az-ın məlumatına görə, bu gün «Space» radiosunun qonağı olan Xumar aparıcının «Yeni bir Xumar olacaqmı» sualını belə cavablandırıb: «Bu yaxınlarda futbol kralı Peleyə də eyni sualı vermişdilər. O, belə cavab vermişdi ki, «güclü futbolçular olacaq, amma yeni Pele dünyaya gəlməyəcək. Çünki bunun üçün mənim atamla anam yeni bir Peleni yaratmalıdırlar. Amma onların fabriki artıq bağlanıb». Mən də hesab edirəm ki, yeni Xumarın olması üçün atam və anam Xumar yaratmalıdır, amma onların da fabriki bağlanıb».
Xumar Qədimova futbola sevgisindən də danışıb: «Mən ispanlara azarkeşlik edirəm. Məşhur futbolçulardan Ronaldinyo, Rivaldo, Zidan və xüsusilə Lizarazyunun adını çəkə bilərəm. Lizarazyunun adı çox erotik səslənir. Lizarazyuuuu, Lizarazyuuu..»
Xumar Qədimova «futbola baxırsınızmı» sualını belə cavablandırıb: «Bəli. 2002-ci ildə dünya çempionatında Koreyanın oyununu yaxından izləyirdim. Onların Hank Yunk Kvan adlı bir futbolçusu vardı. Onu çox sevirdim. Onu görəndə həyəcanlanırdım. Həmişə istəyirdim ki, onunla birlikdə olam. Koreyalı futbolçunu çox sevirdim. Amma həm də fikirləşirdim ki, mən belə həyəcanlanmamalıyam. Çünki məndən çox uzaqda idi. Hərçənd, gizlətmirəm, onu görəndə ağlım başımdan çıxırdı».
Xumar Qədimova oğlu Uğurdan hamilə olarkən Braziliyanın oyunlarına baxdığını bildirib: «Deyirlər, qadın hamilə olanda kimə çox baxırsa, uşağı da ona oxşayır. İndi Uğur braziliyalılara oxşayır».

Daha çox


Son xəbərlər
18.07.25  11:38

İsveçdə son oyun