“Sumqayıt”ın yeni transferi Nicat Qurbanov Qol.az saytına müsahibə verib. 25 yaşlı futbolçu həm “Zirə”dən ayrılmasının səbəblərini, həm də əsas hədəflərini açıqlayıb.
- “Zirə”dən özün ayrıldın, yoxsa?
- “Sumqayıt”dan təklif gəldi. Baş məşqçi ilə danışdıq. “Zirə”də az oynayırdım deyə getmək istədiyimi bildirdim. Razılaşdıq, ayrıldım. Yəni, özüm getdim, məni komandadan çıxartmadılar. Xahiş elədim, ayrıldım.
- Komandadan getmək istədiyini bildirəndə Ayxan Abbasovun reaksiyası necə oldu?
- Futboldu, özü də başa düşdü ki, oynamaq istəyirəm. Dedi ki, “Sumqayıt”da oynamaq şansın daha çox olacaqsa, etiraz eləmirəm. Mən də sağollaşıb, halallaşıb “Zirə”dən ayrıldım.
- “Zirə”də niyə möhkəmlənə bilmədin?
- Hər məşqçinin öz sistemi var. Ayxan müəllimin taktiki sxemninə uyğun gəlmədiyim üçün belə alındı. Məşqlərimi normal edirdim. Sadəcə, baş məşqçi belə məsləhət görürdü.
- Yalnız “Sumqayıt”dan təklif almışdın?
- Açığı, bu komandadan təklif aldıqdan sonra digərlərinə baxmadım. Çünki özüm istəyirdim. Burda yaxşı kollektiv var, hamısı yerli uşaqlardır. Bilirəm ki, oynamağa daha çox şans yaranacaq. “Sumqayıt”a bir neçə il bundan öncə də keçə bilərdim. Bu il alındı.
- “Sumqayıt”ın mövsümün sonunda Avroliqaya vəsiqə qazanmaq şansı var. Bu amil də keçidinə təkan verdimi?
- Tək bununla əlaqələndirməzdim. “Zirə”də də qalsaydım, Avroliqada oynaya bilərdim. Sırf oyun baxımından, özümün də bura marağım olduğu üçün “Sumqayıt”a gəlməyi üstün tutdum. Sumqayıt futbol şəhəridir, yaxşı ab-hava var. Oyunları maraqlı keçir, azarkeşlər daim tribunaları doldururlar. “Sumqayıt”a keçidimdə əsas bu amillər rol oynadı. Həm də “Sumqayıt”dan milliyə düşmək daha asandır. Çünki oynamaq şansı çox olur. Futbolçunun pik nöqtəsi onun milli komandada oynamağıdır. Köhnə formamı bərpa edib, milliyə düşmək üçün daha məqsədli çalışacam və oynayacam. Amma hazırda əsas fikrim “Sumqayıt”a xeyir verməkdir.
- Mətbuata müsahibəndə bildirmisən ki, “Zirə”nin hədəfi çempionluq deyil...
- Yox, sadəcə demişəm ki, “Zirə” ilk 3-lük uğrunda mübarizə aparır. Məqsəd, sırf çempionluq deyil. Əsas hədəflərinin medalçılar sırasında olmaq olduğunu demişəm.
- Yeni komandan ölkə kubokunun yarımfinalındadır. Ümumiyyətlə, kuboku qazanmaq şanslarını necə dəyərləndirirsən?
- Futbolda hər şey 90 dəqiqədən sonra məlum olur. Oyunun əvvəlində heç kim deyə bilməz ki, biz qalib gələcəyik və ya uduzacağıq. Meydana hamı qələbə üçün çıxır. Rəqib “Keşlə”dir. Gördüyünüz kimi, yeni məşqçi gəlib, transferlər edirlər. Pis komanda deyil. Bu o demək deyil ki, biz rəqibdən çəkinib qorxacağıq. Yox, məqsədimiz finala çıxmaqdır. Kubokun əsas favoriti “Qarabağ” idi. Bu gün onlar kubokdan kənarda qalıblarsa, deməli, hamının şansı var. Eləcə də “Sumqayıt”ın.
Elnur SALAHOV
"Beşiktaş" 7 futbolçusunu göndərə bilər
Pelenin rekorduna yaxınlaşır
Mundialların "aqressiv" üçüncüsü oldu
"Ayntraxt" 18 yaşlı futbolçuya göz dikdi
FİFA bu matçla bağlı araşdırma aparmaqdan imtina etdi
Kovaçiç klubunu dəyişə bilər
Neymardan təqdirəlayiq addım
Növbəti mundiala hazırlaşırdı, istefaya göndərdilər
"Zirə"nin rəqibi bilindi
Braziliya - Yaponiya: Heyətlər
"Qalatasaray" onu hədəfə aldı
AFFA-da yeni təyinat - Şəkillər
DÇ-2026-dakı uğursuzluğa görə ölümlə hədələnir
"Çelsi" Mareska ilə bağlı bəyanat yaydı
"Mançester Siti" yeni baş məşqçisini açıqladı
“Qəbələ”dən mövsümün ilk transferi
"İmişli" Kaşkilya ilə yolları ayırdı
İtaliya klubunun yeni baş məşqçisi açıqlandı
DÇ-2026-darekord tamaşaçı sayı
Fransa millisindən 96 yaşlı azarkeşə Mbappe jesti
FTB DÇ-2026 zamanı 400-dən çox dronu müsadirə edib
Levandovskinin karyerasında yeni mərhələ
“Barselona” Keyn üçün ilk addımı atdı
"Araz-Naxçıvan"ın rəqibləri açıqlandı
Şotlandiya millisinin baş məşqçisi istefa verdi
25 yaşında karyerasını bitirdi - "Zirə"də çalışacaq
DÇ-2026 matçının ictimai yayımı zamanı atışma
Daha bir mövsüm "Araz-Naxçıvan"da - Rəsmi
"Sabah"dan 1-ci liqa klubuna
"Milan"dan ayrıldı, PSJ-yə keçdi
Ramil Şeydayev bu klubla danışıq aparır
Vinisius Messi və Ronaldunun rekordunu təkrarladı
48 komandadan yalnız 2-si qol buraxmadı
“Neftçi” Sloveniyaya 27 futbolçu ilə getdi
DÇ-2026-dakı uğursuzluğa görə istefa verdi
Kanadanı 1/8 finala aparan qələbə - Video
CAR - Kanada matçının ən yaxşısı seçildi
DÇ-2026: ilk 1/8 finalçı müəyyənləşdi
Azərbaycan cüdoçuları Çexiyada 4 medal qazandı
"Qarabağ"ın Avstriya hazırlığı davam edir - Şəkillər