"Qəbələ"nin legioneri Hollandiya klubunda - rəsmi

"Qəbələ"nin legioneri Hollandiya klubunda -  rəsmi
ÖLKƏ FUTBOLU 6 Yanvar 2018 / 14:00 4722
-  A +

Hollandiyalı futbolçu Deyv Bultuis "Qəbələ"dən ayrılıb.

Qol.az-ın məlumatına görə, 27 yaşlı müdafiəçi karyerasını ölkəsində - “Herenven” klubunda  davam etdirəcək.

O, yeni klubu ilə 2,5 illik sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı xəbər yayıb.

Qeyd edək ki, "Qəbələ" bu transfer üçün Hollandiya klubundan 300 min avro tələb etmişdi.

Xatırladaq ki, D.Bultuis yayda  Almaniyanın "Nürnberq" klubundan “Qəbələ”yə transfer olunmuşdu.

Daha çox


Son xəbərlər