“Samir müəllim bütün heyəti özü müəyyənləşdirib. Valehlə bağlı dedikləri məğlubiyyətə haqq qazandırmaqdır”.
Bu sözləri Qol.az-a açıqlamasında “Bakı”nın vitse-prezidenti Yaşar Seyidov U-21 yığmasından ayrılan Samir Ələkbərovun oğlu Valeh Seyidovla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Qeyd edək ki, Samir Ələkbərov müsahibəsində futbol veteranları İsgəndər Cavadov, Oqtay Abdullayev və Novruz Əzimovun ona Portuqaliyanın III liqasında çıxış edən “Louletano”nun hücumçusu Valeh Seyidovu milliyə çağırmaqla bağlı təkid etdiklərini bildirib.
Y.Seyidov Ələkbərovun ittihamlarına cavab verib:
“Birincisi, Valehi çağırmaq ondan xahiş olunmayıb. İndi də deyirəm və bəyan edirəm ki, mən Valehə görə heç kimdən heç nə xahiş etməmişəm, etməyəcəm də. O, Azərbaycan çempionatında bütün liqaların bombardiri olub. Samir müəllim deyib ki, mən Valehi harasa dəvət edirdim. Heç yerə də çağırmayıb. Onun bu vaxta qədər milli komandalarda oynamamasının səbəbini özüm də bilmirəm. Valeh liqalarda bombardir olsa da, həmişə millidə onun mövqeyində milliləşdirilmiş legionerlər oynayıb. Bu gün həmin futbolçuların heç biri milli komandanın heyətində yoxdur. Qurban müəllimin də qeyd etdiyi kimi bunlar düzgün strategiyanın olmamasından irəli gəlir. Lap tutaq ki, kimsə Samir müəllimə nəsə deyib. O, Valehi milliyə çağırmadı ki! Sadəcə, diqqətdə saxlamaq üçün müraciət edə bilərlər. Mənə maraqlıdır ki, Samir müəllim bir neçə nəfərə görə ona müraciət olunduğunu desə də, təkcə Valehin adını çəkib. Mən onun yerinə utandım. Heç gözləməzdim. Bu gün Samir Ələkbərov Almaniyaya 0:7 hesablı məğlubiyyətə və Kosovo ilə heç-heçəyə görə cavab verməlidir. Almanları başa düşdük, güclüdürlər. Bəs hələlik normal çempionatı keçirilməyən Kosovo ilə oyundakı heç-heçəyə nə ad vermək olar? Bunları niyə oyundan qabaq demirdi?”
Y. Seyidov Ələkbərovu yığmaya “lipa” futbolçuları cəlb etməkdə və oynatmaqda günahlandırıb: “İkinci ən böyük problem odur ki, Samir müəllim bunları deyir, amma millidə 3-4 yaş saxtalaşdırılmış uşaqlar haqqında danışmır. O uşaqlar heç vaxt əsas milliyə gəlməyəcəklər. Hamı bilir ki, Valeh “lipa” deyil, 1996-cı il təvəllüdlüdür. Əgər Samir müəllimin cəsarəti varsa, futbolçuları necə saxtalaşdırdıqlarından və Olimpiya milisinə cəlb etdiklərindən danışsın. Bu sözləri Samir müəllimə yaraşdırmadım. Ola bilər, Valehi həmin futbol adamları məsləhət görüblər, ancaq deməyiblər ki, gətir oynat. Almaniya ilə oyundan qabaq onunla yas mərasimində görüşdük. Hələ heyət açıqlanmamışdı. Valehlə bağlı danışdıq. Mənə dedi ki, Antalyada təlim-məşq toplanışı olacaq, istəyirəm ora dəvət edim. Mən də dedim ki, necə istəyirsən, elə et. Sonra da dedi ki, mən onu yığmaya çağırmayacam. Mən də dedim ki, Allah canını sağ eləsin. Bu, bizim dostluğumuza, qohumluğumuza heç bir təsir göstərə bilməz. Aramızda çox gözəl münasibət olub. İndi bunları mətbuata çıxarmaq nə deməkdir? Utandım onun yerinə. Ona deyiblər ki, belə bir futbolçu var, onu dəqqətdə saxla. Onun kiminsə xahişi ilə yığmaya gətirib oynadılmasına razı olmaram. Söz tapa bilmirəm, amma Samir müəllim haqqında da pis fikir yürütmək məqsədim yoxdur”.
"Beşiktaş" 7 futbolçusunu göndərə bilər
Pelenin rekorduna yaxınlaşır
Mundialların "aqressiv" üçüncüsü oldu
"Ayntraxt" 18 yaşlı futbolçuya göz dikdi
FİFA bu matçla bağlı araşdırma aparmaqdan imtina etdi
Kovaçiç klubunu dəyişə bilər
Neymardan təqdirəlayiq addım
Növbəti mundiala hazırlaşırdı, istefaya göndərdilər
"Zirə"nin rəqibi bilindi
Braziliya - Yaponiya: Heyətlər
"Qalatasaray" onu hədəfə aldı
AFFA-da yeni təyinat - Şəkillər
DÇ-2026-dakı uğursuzluğa görə ölümlə hədələnir
"Çelsi" Mareska ilə bağlı bəyanat yaydı
"Mançester Siti" yeni baş məşqçisini açıqladı
“Qəbələ”dən mövsümün ilk transferi
"İmişli" Kaşkilya ilə yolları ayırdı
İtaliya klubunun yeni baş məşqçisi açıqlandı
DÇ-2026-darekord tamaşaçı sayı
Fransa millisindən 96 yaşlı azarkeşə Mbappe jesti
FTB DÇ-2026 zamanı 400-dən çox dronu müsadirə edib
Levandovskinin karyerasında yeni mərhələ
“Barselona” Keyn üçün ilk addımı atdı
"Araz-Naxçıvan"ın rəqibləri açıqlandı
Şotlandiya millisinin baş məşqçisi istefa verdi
25 yaşında karyerasını bitirdi - "Zirə"də çalışacaq
DÇ-2026 matçının ictimai yayımı zamanı atışma
Daha bir mövsüm "Araz-Naxçıvan"da - Rəsmi
"Sabah"dan 1-ci liqa klubuna
"Milan"dan ayrıldı, PSJ-yə keçdi
Ramil Şeydayev bu klubla danışıq aparır
Vinisius Messi və Ronaldunun rekordunu təkrarladı
48 komandadan yalnız 2-si qol buraxmadı
“Neftçi” Sloveniyaya 27 futbolçu ilə getdi
DÇ-2026-dakı uğursuzluğa görə istefa verdi
Kanadanı 1/8 finala aparan qələbə - Video
CAR - Kanada matçının ən yaxşısı seçildi
DÇ-2026: ilk 1/8 finalçı müəyyənləşdi
Azərbaycan cüdoçuları Çexiyada 4 medal qazandı