Bu gün birdən-birə Azərbaycanın 3 müxtəlif yaş qrupları üzrə milli komandalarında baş məşqçlərlə yollar ayrılıb.
Əvvəlcə, günün birinci yarısında Samir Ələkbərov U-21 millisini tərk etdiyini açıqlayıb. Ələkbərovun gedişi sürpriz deyildi. Çünki o, bu vəzifəyə üç oyunluq təyin edilmişdi və rəsmi olaraq, baş məşqçi deyil, onun səlahiyyətlərini icra edən şəxs idi. Ələkbərovun rəhbərliyi altında Azərbaycan Almaniyaya hər iki matçda biabirçı hesabla uduzub (1:6, 0:7), Kosovo ilə isə heç-heçə edib. Yəni məşqçi kimi o, komandada heç bir uğur qazana bilmədi.
Günün ikinci yarısında isə AFFA U-19 millisinin baş məşqçisi Təbriz Həsənov və U-17 millisinin baş məşqçisi Mirbağır İsayevlə müqavilənin qarşılıqlı şəkildə pozulduğunu açıqladı. Faktiki olaraq, hər iki məşqçi vaxtından əvvəl istefaya göndərilib. Halbuki onlar bu vəzifəyə cəmi 7 ay əvvəl, AFFA İcraiyyə Komitəsinin 15 mart, 2017-ci tarixli qərarı ilə təyin edilmişdilər. Üstündən belə qısa vaxt keçdikdən sonra AFFA-nın birdən-birə bu cür radikal qərar verməsi maraq doğurmaya bilməz.
Qeyd edək ki, U-17 bu il “Avro-2017”nin seçmə mərhələsində keçirdiyi üç oyundan 1-də qalib gəlib, 2-də isə acınacaqlı hesabla uduzub – Bolqarıstan 2:1, Ukrayna və İrlandiya müvafiq olaraq - 1:6, 0:6.
U-19-a gəlincə, Təbriz Həsənovun rəhbərliyi altında Avropa çempionatının seçmə mərhələsində bu komanda da acınacaqlı nəticə göstərərək 1 xalla sonuncu yeri tutub (Kipr - 1:2, Serbiya - 1:4, İrlandiya – 0:0).
İntizamsızlığa, özbaşınalığa və tapşırıqlara son!
AFFA rəhbərlyinin bugünkü qərarları məhz milli komandaların yeni baş məşqçisi Qurban Qurbanovun istəyi ilə verdiyini demək olar. Məlumdur ki, Q.Qurbanov “Qarabağ”da olduğu kimi, millidə də bütün yaş qrupları üzrə komandalara nəzarət edəcək. AFFA ilə ən azı 6 il müqavilə bağlandığı açıqlanan və milliyə uzun dövr üçün gələn Q.Qurbanovun islahatlara əsas komandadan deyil, aşağı yaş qruplarından başlaması gözlənilən idi. 
Məlumdur ki, bu gün Azərbaycan futbolunun əsas problemi məhz uşaq, yeniyetmə və gənclər futbolu ilə bağlıdır. İndiyədək bu yaş qrupları üzrə komandalarda böyük kadr (futbolçu) problemi olub və qalmaqdadır. Bundan başqa, baş məşqçilərin işinə həm AFFA, həm futbol menecerləri və digər tanınmış futbol (və qeyri-futbol) adamlarının birbaşa kobud müdaxiləsi olub (yeri gəlmişkən, bu gün U-21 millsindən getdiyini açıqlayan Samir Ələkbərov Qol.az saytına bugünkü müsahibəsində bunu dolayısı ilə etiraf edib). Nəticədə milli komandalara xeyli milliləşdirilmiş əcnəbi legioner cəlb edilib (onlar arasında dağıstanlılar və Avropada yaşayan türklər çoxluq təşkil edib) ki, onların da faktiki olaraq heç birinin bizim futbola xeyri dəyməyib.
Bəs, bundan sonra necə olacaq?
Heç şübhəsiz, boş qalan baş məşqçi vəzifələrinə təyinatlar əvvəlkitək təkcə AFFA-nın rəhbərliyinin istəyi ilə gerçəkləşməyəcək. Bu məsələdə yekdil söz Qurban Qurbanovda olacaq. Şübhə doğurmur ki, aşağı yaş qrupu üzrə komandalara həm məşqçi, həm də futbolçu seçimi birbaşa Qurbanovun razılığı və məsləhəti ilə təyin ediləcək. Beləliklə də, milli komandalarda uzun illərdi bəlaya çevrilən intizamsızlıq və özbaşınalıq, məşqçilərin işinə federasiya tərəfindən kobud müdaxilələr getdikcə aradan qalxmağa başlayacaq.
Yeni təyinatlar nə vaxt açıqlanacaq?
Böyük ehtimalla Qurban Qurbanovun millinin baş məşqçisi vəzifəsinə rəsmi olaraq başlayacağı dekabr ayından. O, istedadına, potensialına və bir insan kimi yüksək keyfiyyətlərinə bələd olduğu məşqçiləri bu vəzifələrə gətirəcək. Güman etmək olar ki, bu vəzifələrdən birində (ən çox U-21-də) Q.Qurbanovun “Qarabağ”dakı əsas köməkçisi Elçin Rəhmanov və ya "Zirə"nin sabiq baş məşqçisi Adil Şükürov təyin ediləcək. Yeri gəlmişkən, Rəhmanov və Şükürov U-21 millisinin Almaniya ilə oyununu (0:7) ayrı-ayrılıqda stadiondan canlı izləyib.
Amma əlbəttə, ən önəmli dəyişikliklər əsas milli komandada olacaq. Böyük ehtimalla futbolçu kimi məşhur olsalar belə, xarakterlərində qüsurları olan bir çoxuna ya millinin qapısı göstəriləcək, ya da yeni məşqçinin özlərini yığışdırıb intizama əməl etməsi üçün həmin oyunçularla ciddi söhbəti olacaq.
ELGÜN
Naqelsman: "Getmirəm"
"Beşiktaş" 7 futbolçusunu göndərə bilər
Pelenin rekorduna yaxınlaşır
Mundialların "aqressiv" üçüncüsü oldu
"Ayntraxt" 18 yaşlı futbolçuya göz dikdi
FİFA bu matçla bağlı araşdırma aparmaqdan imtina etdi
Kovaçiç klubunu dəyişə bilər
Neymardan təqdirəlayiq addım
Növbəti mundiala hazırlaşırdı, istefaya göndərdilər
"Zirə"nin rəqibi bilindi
Braziliya - Yaponiya: Heyətlər
"Qalatasaray" onu hədəfə aldı
AFFA-da yeni təyinat - Şəkillər
DÇ-2026-dakı uğursuzluğa görə ölümlə hədələnir
"Çelsi" Mareska ilə bağlı bəyanat yaydı
"Mançester Siti" yeni baş məşqçisini açıqladı
“Qəbələ”dən mövsümün ilk transferi
"İmişli" Kaşkilya ilə yolları ayırdı
İtaliya klubunun yeni baş məşqçisi açıqlandı
DÇ-2026-darekord tamaşaçı sayı
Fransa millisindən 96 yaşlı azarkeşə Mbappe jesti
FTB DÇ-2026 zamanı 400-dən çox dronu müsadirə edib
Levandovskinin karyerasında yeni mərhələ
“Barselona” Keyn üçün ilk addımı atdı
"Araz-Naxçıvan"ın rəqibləri açıqlandı
Şotlandiya millisinin baş məşqçisi istefa verdi
25 yaşında karyerasını bitirdi - "Zirə"də çalışacaq
DÇ-2026 matçının ictimai yayımı zamanı atışma
Daha bir mövsüm "Araz-Naxçıvan"da - Rəsmi
"Sabah"dan 1-ci liqa klubuna
"Milan"dan ayrıldı, PSJ-yə keçdi
Ramil Şeydayev bu klubla danışıq aparır
Vinisius Messi və Ronaldunun rekordunu təkrarladı
48 komandadan yalnız 2-si qol buraxmadı