Hazard yenə oynamayacaq

Hazard yenə oynamayacaq
XƏBƏR 4 İyul 2020 / 17:22 1906
-  A +

"Real"ın futbolçusu Eden Hazard La Liqanın 34-cü turunda "Atletik"lə oyunu buraxacaq.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi komandasının son məşqini qaçırıb və fərdi məşqlə kifayətlənib. Madrid təmsilçisinin baş məşqçisi Zinəddin Zidan əməliyyat olunan dizindən narahatlıq hiss edən 29 yaşlı oyunçunu ehtiyat tədbiri kimi "Atletik"lə görüşdə oynatmamağa qərar verib.

Qeyd edək ki, Hazard ölkə çempionatının 33-cü turunda "Xetafe" ilə görüşü də buraxmışdı.

Əlavə edək ki, "Atletik"  - "Real" oyunu sabah keçiriləcək.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi