Peşəkar Futbol Liqası iyunun 21-dən bərpa olunacaq Azərbaycan Premyer Liqasının təqvimini açıqladı. Təqvimdə diqqəti bir məqam xüsusi çəkir: geridə qalan hər 8 turda bütün 4 oyun eyni gündə keçiriləcək. Məsələn, 21-ci turun qarşılaşmaları iyunun 21-nə təyin edilib:
“Qarabağ” – “Qəbələ”
“Sabah” - “Keşlə”
“Sumqayıt” – “Səbail”
“Zirə” – “Neftçi”
Oyunların eyni günə salınmasının komandalara bərabər istirahət və yüklənmə balansı verilməsi üçün atıldığı bildirilir. Amma matçların fərqli iki gündə keçirilməsi də istirahət hüququnu pozmaya bilərdi. Avropanın bərpa olunan ən azı iki liqasında – Almaniya və Çexiyada turun oyunları iki, bəzən üç gündə keçirilir. Amma qəribədir ki, bizdə bütün oyunlar eyni günə salındı. Şübhəsiz, Avropanın digər bənzər qurumları ilə müqayisədə bizim futbol təşkilatları təqvimlə bağlı tələskən qərar verdilər. Hərçənd əlavə bir-iki günlük davamlı müzakirələr nəticəsində hamını qane edə biləcək variant da tapmaq mümkün idi.
Hazırkı təqvim isə onsuz da azarkeş marağı sarıdan korluq çəkən Azərbaycan Premyer Liqası üçün əlavə problem yaradacaq. Bu isə istər-istəməz yerli liqanın onsuz da quru, sıxıcı olan vizyonunu bir daha zədələyəcək. Konkretləşdirək. İndi ümumi sayı cəmi onminlərlə olan (stadiona gələnlər, daha çox isə matçları TV-dən izləyənlər) Azərbaycan futbolunun azarkeşləri arenaya buraxılmayacağından turun oyunlarına yayımçı şirkət “CBC Sport”dan baxmalıdırlar. Bu kanal isə hələ koronavirus pandemiyasından əvvəlki dövrlərdə də bəyan edib ki, texniki səbəblərdən bir gündə uzağı 2 oyun yayımlaya bilər. Yəni indi kanal əvvəlkitək tutun bütün 4 deyil, cəmi 2 oyununu göstərmək məcburiyyətində qalacaq. Fərz edək ki, “CBC Sport” “Qarabağ” – “Qəbələ” və “Zirə” – “Neftçi” matçını yayımlayır, amma “Sumqayıt” – “Səbail” oyunu kənarda qalır. O zaman minlərlə sumqayıtlı azarkeş nəyləməlidir? Azarkeş stadiona buraxılmır, komandasının matçına isə TV-dən baxa bilmir. Bu, Avropa kubokuna vəsiqə üçün mübarizə aparan “Sumqayıt”ın fanatlarına münasibətdə haqsızlıq olmayacaqmı? Yaxud sabah lider “Qarabağ”, ikinci pillədəki “Neftçi”nin oyunu göstərilməsə, narazılıqlar baş alıb gedəcək.
Ona görə də bir halda ki, AFFA və PFL oyunları eyni günə salıbsa, o zaman bütün matçların yayımının mümkünlüyü barədə də düşünməlidir. Yəni “CBC Sport”da yayımlanması texniki baxımdan mümkün olmayan turun digər iki qarşılaşması başqa kanallardan birində, məsələn, elə “İdman TV”də göstərilə bilər. Kanalın bunun üçün yüksək texniki imkanları, kadr potensialı və yaxşı şərhçiləri də var.
Nəzərə alaq ki, dünya, Avropa çempionatları, Çempionlar Liqasının yarışları zamanı Azərbaycanda bənzər təcrübədən istifadə olunub (İTV-AzTV, “İdman”-CBC Sport əməkdaşlığı).
Niyə bu dəfə də olmasın?
Aydın BAĞIROV
"Yuventus" futbolçusuna 7,5 milyonluq müqavilə təklif etdi
"Karvan" "İmişli"ni belə məğlub etdi - Video
"Milan"ın Menyan qərarı
Xviça yalnız bu şərtlə "Napoli"də qalacaq
"Difai Ağsu" - "Mingəçevir" oyununda 5 qol - Video
"Atletiko" Oblakı transferə çıxardı
"Difai Ağsu" və "Karvan"dan qələbə
Əvəzedicilər Liqasında 32-ci tur başa çatdı
ÇL-in oyunu bu kanallarda
Azərbaycanlı nümayəndə ilk dəfə Avropa çempionatında
"Qusar"ın səfər qələbəsi - Video
Tuhel: "Madriddə qələbə qazanmalıyıq"
Timo Verner üçün mövsüm başa çatdı
Del Boskeyə vəzifə verildi
Buffon 12 il əvvələ qayıtmaq istəyir
Qvardiola peşmandır
Təzimə layiq o ötürmə barədə danışdı
“Qarabağ”ı özlərinin “Qorxulu siyahısı”na saldılar
Məşhur qapıçı Avro-2024-də olmayacaq
FİFA referisi Zaqataladakı oyuna təyinat aldı
"Real"ın yeni ağsaqqalı!
"Bavariya" Ranqniklə danışıqları təsdiqlədi
Azərbaycan minifutbol millisindən 1 qələbə, 1 məğlubiyyət
"Münhendə 90 dəqiqə əziyyət çəkməli olduq" - Ançelotti
Münhendə 4 qol, Kroosdan möhtəşəm ötürmə - Video
"Bavariya" "Real"la heç-heçə etdi
31 oyunda 35 qol - Video
"Şəfa"nın "Dinamo"ya qalib gəldiyi oyun - Video
Azərbaycanın iki idmançısı Paris-2024-ə vəsiqə qazandı
"Mançester Yunayted" Reşfordu 70 milyona satmağa hazırdır
"Mbappe ilə finalda qarşılaşsaq, onu əzəcəyəm" - Rudiger
“Şahdağ Qusar” - “Füzuli” matçında 6 qol - Video
"Barselona"da qalmaq qərarımın səbəbi sadədir" - Xavi
"Şəfa" və "Qusar"dan qələbə
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza
Van Persi Niderland klubu ilə razılığa gəldi
"Barselona" hücumçusunu icarəyə verəcək
PSJ-nin Luis Enrike qərarı
Levandovskidən "Barselona" tarixinin rekordu
"Hamı mənə dəstəkdir" - Musa Qurbanlı
"Fire League"da qrup mərhələsi başa çatdı
Almaniya təmsilçisinin futbolçusu gecə klubunda döyüldü
Azərbaycan U-21 millisi yoldaşlıq oyunu keçirəcək
"İnter" iki futbolçusu ilə müqaviləni uzadır
"Borussiya" - PSJ oyununun hakimləri bilindi
Ronaldo Braziliya klubunu satdı