Tural Nərimanov əməliyyat olunacaq

Tural Nərimanov əməliyyat olunacaq
XƏBƏR 15 Yanvar 2010 / 11:38 2716
-  A +

Ruslan Abışovun ardından “Neftçi”nin daha bir futbolçusu əməliyyat olunacaq. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, son məşqlərdən birində Tural Nərimanovun sol diz oynağında ağrılar başlayıb. Həkimlər tərəfindən müayinə olunan müdafiəçinin diz oynağının medial meniskinin arxa buynuzunda III dərəcə yırtıq olduğu üzə çıxıb. “Neftçi”nın rəhbərliyi müdafiəçininin Almaniyada əməliyyat olunması üçün lazım olan maddi və mənəvi dəstəyi göstərəcək. T.Nərimanovla bağlı son qərar yaxın günlərində Almaniyadan gələn cavabdan sonra veriləcək.

 


Son xəbərlər
23.05.25  14:11

"Bayer"ə "hə" dedi