"Xəzər Lənkəran"ın sabiq hücumçusu Oqtay Dərəlioğlunun faciəli həyatı (FOTOLAR)

XƏBƏR 14 Yanvar 2010 / 13:34 2973
-  A +

Türkiyənin «Hürriyət» qəzeti bugünkü sayında gənc yaşlarında faciəylə üzləşən ailələr haqda material dərc edib. Qol.Az-ın məlumatına görə, bu yazılarda Türkiyə milli komandasının futbolçusu olmuş, bir vaxtlar «Xəzər Lənkəran» klubunda da çıxış edən Oqtay Dərəlioğluna da yer ayrılıb. Vurduğu qollarla Türkiyədə parlayan Oqtay uşaqlıqdan sevdiyi və «o, mənim hər şeyimdir» dediyi Yeşimlə 1997-ci ildə ailə həyatı qurur. Dünyaya bir uşaq gətirdikdən sonra cütlüyün xoşbəxtliyi daha da artmağa başlayır. Ancaq bu gözəl günlər uzun sürmür. Uşağın doğulmasından beş ay sonra Yeşim tapançayla özünü vurur. Yeşim Dərəlioğlu intiharının səbəbləriylə bağlı heç bir not buraxmır. Xanımının ölüm xəbərini komandasıyla Rivandan İstanbula dönərkən avtobusda alan Oqtay şoka düşür, yalnız iynələrin köməyi ilə futbolçunu sakitləşdirmək mümkün olur. O, dəfn mərasimində çox çətinliklə ayaq üstə dura bilir.
















Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi