“Neftçi”nin sabiq futbolçusu MOİK-ə keçəndən sonra əyyaşlığa başlayıb

“Neftçi”nin sabiq futbolçusu MOİK-ə keçəndən sonra əyyaşlığa başlayıb
XƏBƏR 2 Noyabr 2009 / 15:56 2030
-  A +

Bolqarıstanın MOİK klubu 9 futbolçusunu qeyri-müəyyən müddətədək heyətdən kənarlaşdırıb. “Reuters”in verdiyi məlumata görə, klub rəsmiləri oyunçuların cəzalanmasının səbəbini açıqlamayıblar. Lakin qeyri-rəsmi xəbərlərdə futbolçuların qovulma səbəbi kimi gecə klubunda sərxoşluq etmələri göstərilib. MOİK-in baş məşqçisi Lyuboslav Penev bu cəzanı Bolqarıstan çempionatı matçında “Liteks”ə 0:2 hesablı məğlubiyyətdən sonra elan edib. Bu, “hərbçilər”in ardıcıl ikinci məğlubiyyəti olub. Qeyd edək ki, qovulanlar arasında Bolqarıstan millisinin futbolçuları İvan İvanov, Kirill Kotev, Yordan Todorov, braziliyalı Markinyos, portuqaliyalı David Silva və daha 4 bolqar futbolçu – İvan Karacov, Pavel Vidanov, Todor Timonov və Svetoslav Stefanov da var. Svetoslav Stefanov əvvvəllər Bakının “Neftçi” klubunda da çıxış edib.

Mənbə: lent.az

 



Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi