Bülənt Qorxmaz “Turan”la oyunda 16 yaşlı futbolçuya start heyətində yer vermək istəyib

Bülənt Qorxmaz “Turan”la oyunda 16 yaşlı futbolçuya start heyətində yer vermək istəyib
XƏBƏR 20 Oktyabr 2009 / 20:53 1948
-  A +

“Bakı”nın baş məşqçisi Bülənt Qorxmaz Premyer Liqanın son turunda “Turan”a qarşı keçirilən oyunda 16 yaşı tamam olmayan Hacı Əhmədova start heyətində şans vermək istəyib. Qol.Az-ın məlumatına görə, 1993-cü il noyabrın 23-də anadan olan Hacı “Bakı”nın əvəzedici heyətində çıxış edir. Qorxmaz gənc müdafiəçini komandayla birgə Antalyaya təlim-məşq toplanışına da aparıb. Hacının oyununu çox bəyənən türkiyəli mütəxəssis gənc futbolçuya Tovuzda keçirilən oyunda şans vermək istəsə də, Əhmədovun 17 yaşadək futbolçulardan ibarət millinin heyətinə dəvət alması onun arzusunu ürəyində qoyub: “Mən həmin qarşılaşmada Hacıya start heyətində şans vermək istərdim. Lakin o milliyə dəvət aldı. Ona böyük ümidim var”.
Hazırda U-17-də olan Əhmədovun klubun düşərgəsinə geri döndükdən sonra “Bakı”nın heyətində Unibank Premyer Liqada debüt edəcəyini gözləmək olar.

 

 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi