İspaniyanın “Valyadolid” klubunda baxışda olan milli komandamızın kapitanı Rəşad Sadıqov sabah vətənə qayıdır. Bu barədə Qol.Az saytına “Neftçi”nin sabiq oyunçusu özü məlumat verib: “Sabah Azərbaycana gəlirəm. “Valyadolid” klubunun rəhbərliyi mənim haqqımda nələr düşündüyünü Bakıya çatdıqdan sonra mətbuata açıqlayacağam”.
"Rəşad Sadıqova İspaniyada maraq gözlədiyimizdən də çoxdur". Qol.Az-ın məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının Mətbuat Xidmətinə Rəşad Sadıqovun agenti Kamil Məmmədov verib. O bildirib ki, hava şəraiti onların planını pozub: "Son turda keçirdiyi oyundan sonra "Valyadolid" futbolçuları istirahətə buraxıb. Bu səbəbdən hazırlığı B komandasında keçməli olduq. Əsas komanda məşqlərə başlayan zamanı ikitərəfli oyun keçirmək nəzərdə tutulmuşdu. Qarışıq heyətlərin görüşündə Sadıqov da yer almalı idi. "Valyadolid"in baş məşqçisi bu sınaqda futbolçumuzu izləmək istəyirdi. Ancaq qar yağdı deyə, bu baş tutmadı. "Valyadolid"in çalışdırıcısı Xose Luis Mendillibar artıq Rəşadı iş başında görüb. Bu gün klub rəsmiləri ilə Sadıqovla bağlı söhbətimiz olacaq. Rəşada burada gözlədiyimizdən artıq maraq var. İspanlar verdiyimiz informasiya ilə kifayətlənməyib, əlavə məlumat toplayıblar. "Valyadolid" həftəsonu Primeroda "Numansiya" ilə səfər oyununa hazırlaşır. Bundan sonra Primeroda uzun müddətli fasilə yaranacaq və çempionat yanvarda davam edəcək. Həmin müddətdə geri qayıdıb, sonradan bir daha İspaniyaya yollanmağı məqsədəuyğun sayırıq".
Foto extratime.az saytına məxsusdur
Volkanı Metin əvəzlədi
18 ildən sonra
Jardim istefa verdi
“Sumqayıt” 7 dəqiqədə 2 qol vurdu - Video
Zədəli Çalhanoğlu komandası üçün meydana çıxacaq
Bredli MLS təmsilçisinin baş məşqçisi təyin olundu
"İnter Mayami" "Real"ın sabiq oyunçusu ilə razılaşdı
Kukurelya La Liqaya qayıda bilər