Oliver Birhoff: “Biz Tofiq Bəhramovu sevmirik”

Oliver Birhoff: “Biz Tofiq Bəhramovu sevmirik”
ÖLKƏ FUTBOLU 11 Avqust 2009 / 14:19 2610
-  A +

- Bakıda olduğumuza görə çox şadıq. Bu oyuna ciddi yanaşırıq. Məhz bu səbədən 2 gün əvvəldən Bakıya gəlmişik. Dünya çempionatına birbaşa yollanmaq üçün qarşıdakı bütün oyunlara ciddi yanaşmalıyıq. Azərbaycan bir o qədər də güclü rəqib olmasa da, bir daha təkrarlayıram ki, matça ciddi yanaşırıq.
- Yoahim Löv start heyətini artıq müəyyənləşdirib?
- Dünən yüngül məşq keçdik. Bugünkü hazırlıq prosesi mühüm əhəmiyyət daşıyır. Yalnız onu deyə bilərəm ki, qapıda kimin duracağı dəqiqdir. Sabah bir nömrəmiz Enke olacaq.
- Dünənki məşqdə Kloze iştirak edib?
- Klozenin durumunda dəyişiklik yoxdu. Amma ümid edirəm ki, sabahkı matça o tam hazır olacaq.
- Azərbaycan haqda əvvəllər təsəvvürünüz var idi, yoxsa Foqts bura çalışmağa gələndən sonra ölkəmiz haqda eşitdiniz?
- Məktəbdə yaxşı oxumuşam. Azərbaycanın adını hələ əvvəldən eşitmişəm. Foqtsun burada çalışmasına çox şadam. O mənim məşqçim olub. Gənclər millisində məni kapitan təyin edib. Ona böyük hörmətim var. Amma sabahkı oyunda bunun heç bir fərqi yoxdur. Baxmayaraq ki, o da almandır, mən də almanam, ancaq sabahkı matçda güzəştdən söhbət gedə bilməz.
- Oyundan qabaq Foqtsla əlaqədə olmusunuz?
- Oyuna bir gün qalmış təbii ki, əlaqə saxlamamışıq. Amma ümumi götürdükdə, münasibətimiz var, tez-tez əlaqə saxlayırıq.
- Ballak böyük futbolçu olsa da, bugünədək elə bir ciddi titul qazana bilməyib. Bu nədən irəli gəlir?
- Sözsüz ki, Ballakın titulu çatışmır. Amma o klub səviyyəsində çox uğur qazanıb. Amma heç də hər bir böyük futbolçu geniş titul kolleksiyasına sahib ola bilmir. Məsəlçün Paolo Maldini.
- Biz mətbuat konfransında Lövün iştirak edəcəyini gözləyirdik. Amma o köməkçisini, bir sözlə ehtiyat qüvvəni mətbuat qarşısına çıxardı. Ola bilərmi ki, sabah da meydana ehtiyat qüvvəni buraxsın?
- Biz bu oyuna ciddi yanaşırıq. Ona görə də əmin olun ki, Löv meydana start heyətini, sərəncamında olan ən güclü futbolçuları buraxacaq.
- Tofiq Bəhramovu necə, məşhur hakimimizi tanıyırsınız?
- Çox məşhurdur, onu tanıyıram. Amma deyə bilmərəm ki, almanlar onu sevirlər. Biz onu sevmirik, Tilkovski özü də deyib ki, həmin epizodda qol deyildi.  

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır