İspaniya kuboku: "Atletiko" "Valensiya" ilə bərabərə qaldı

İspaniya kuboku: "Atletiko" "Valensiya" ilə bərabərə qaldı
DÜNYA FUTBOLU 8 Yanvar 2014 / 03:29 3433
-  A +

İspaniya kubokunda 1/8 finalın ilk oyunlarına start verilib.

Qol.Az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib.

Səfərdə "Valensiya"nın qonağı olan "Atletiko" (Madrid) klubu son dəqiqələrdə qələbəni əldən verib. Matça əlavə edilən 3-cü dəqiqədə qapısında qol görən Madrid təmsilçisi görüşdən 1:1 bərabərliklə ayrılıb.

Qeyd edək ki, 1/8 final mərhələsinin qalan görüşləri bu axşam və sabah keçiriləcək.

 


 

7 yanvar

İspaniya kuboku, 1/8 finalın ilk oyunları

"Valensiya" - "Atletiko" (Madrid) - 1:1
Qollar:
R.Qarsiya, 71 (0:1), Poştiqa, 90+3 (1:1)

8 yanvar

"Betis" - "Atletik" (Bilbao)
 
"Alkorkon" - "Espanyol"
 
"Santander" - "Almeriya"
 
"Barselona" - "Qetafe"


9 yanvar

"Real Sosyedad" - "Vilyareal"
 
"Real" (Madrid) - "Osasuna"
 
"Rayo Valyekano" - "Levante"


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi