Sanya: "Arsenal"ı çox sevirəm, ancaq..."

Sanya: "Arsenal"ı çox sevirəm, ancaq..."
XƏBƏR 17 Dekabr 2013 / 00:13 2185
-  A +

"Arsenal" klubunun müdafiəçisi Bakari Sanya mövsümün sonunda komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın məıumatına görə, fransız futbolçu ona gələcək təklifləri dəyərləndirəcəyini vurğulayıb:

"Daha öncə "Arsenal"dan futbolçular ayrıldıqda çox məyus olurdum. Hazırda onlar komandada qalsaydı, daha fərqli "Arsenal" görərdiniz. Bu komanda ilə kuboklar qazanmaq istəyirəm. Klubumu çox sevirəm, ancaq kuboklar əksikdir. 6 ay sonra "Arsenal"la müqaviləm bitəcək. Təbii ki, mənə gələcək təklifləri dəyərləndirəcəyəm. Amma "Arsenal"la da əlaqəmi kəsməyəcəm".

Qeyd edək ki, 2007-ci ildən "Arsenal"ın şərəfini qoruyan Sanya bu komandanın heyətində 191 oyun keçirib.

Daha çox


Son xəbərlər