“İlqar Nəbiyevin transfer vərəqi ilə bağlı bizə heç bir müraciət daxil olmayıb. AFFA-nın Türkiyənin “Kayserispor” klubundan 40 min avro tələb etməsi haqda yazılanlar cəfəngiyatdır”. Bu sözləri “APA-Sport”a açıqlamasında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Quliyev deyib.
Ölkə mətbuatında azərbaycanlı futbolçu, “Karvan”ın sabiq yarımmüdafiəçisi İlqar Nəbiyevin “Kayserispor”un heyətində ehtiyatda oturmasına AFFA rəhbərliyinin səbəb olduğu göstərilib. Bu iddianın əsassız olduğunu söyləyən Mikayıl Quliyev fikrini belə əsaslandırıb: “Bizim “Kayserispor”a transfer vərəqi verməməyimiz və ya təzminat istəməyimizlə bağlı səslənən fikirlər həqiqətəuyğun deyil. Prosedur qaydalara görə, “Kayserispor” İlqar Nəbiyevin transfer vərəqi üçün Türkiyə Futbol Federasiyasına, bu qurum isə AFFA-ya, daha sonra biz oyunçunun transfer hüquqlarına malik kluba müraciət etməliyik. Yəni, bu məsələ 4 tərəfli həll olunmalıdır. Ancaq sənədləri bir daha araşdırmışıq və tam əminliklə söyləyə bilərəm ki, Türkiyə Futbol Federasiyası İlqar Nəbiyevlə bağlı bizə məktub göndərməyib”.
Departament rəisi vurğulayıb ki, AFFA rəhbərliyi həmişə futbolçularımızın xarici klublarda oynamalarına çalışır: “Assosiasiya rəhbərliyi futbolçuların xarici klublarla anlaşmasını daima dəstəkləyib. AFFA Almaniyanın “Ayntraxt” klubuna 2 oyunçu göndərib. Bundan başqa, qurumun xətti ilə Madrid “Real”ına 4 futbolçu yollanacaq. Biz gənc oyunçuların ölkə hüdudlarından kənarda çıxış etməsində maraqlıyıq. Həmçinin, Nəbiyevin Türkiyə Superliqasında oynamasını, peşəkar futbolçu kimi püxtələşməsini istəyirik. Bunun üçün lazım olan bütün köməkliyi göstərməyə hazırıq”.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Liverpul"a çempionluq yolunda zərbə
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video