Prezident İlham Əliyev dünya çempionatının açılışında (FOTOLAR)

Prezident İlham Əliyev dünya çempionatının açılışında (FOTOLAR)
FIFA U-17 23 Sentyabr 2012 / 11:43 2468
-  A +

Sentyabrın 22-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda futbol üzrə “FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan–2012”nin təntənəli açılış mərasimi keçiriib.

Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.

Əvvəlcə Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri 17 yaşadək qadınlar arasında futbol üzrə dünya çempionatının açılış mərasimində iştirak etmək üçün Bakıya gələn Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının - FİFA-nın prezidenti Yozef Blatter ilə görüşüblər.

Çempionatın açılış mərasimində dünya şöhrətli “Cirque du Soleil” sirki xüsusi olaraq bu mundial üçün hazırladığı proqramla çıxış edib.
Akrobatlar, rəqqaslar və bu şouda iştirak edən yerli könüllülər öz çıxışlarında Azərbaycanın qədim ənənələrinə uyğun olaraq onun idman, futbol və həmçinin mədəni komponentlərini nümayiş etdirdilər. Bu şou xüsusi olaraq onun üçün bəstələnmiş və məhz “Cirque du Soleil” tamaşalarına xarakterik olan musiqinin müşayiəti altında keçdi.
Sonra dünya şöhrətli müğənni Cenifer Lopezin möhtəşəm ifası azarkeşlərin bayram əhval-ruhiyyəsini daha da artırıb.

Daha sonra Azərbaycanın və Kolumbiyanın 17 yaşadək qadınlardan ibarət milli komandaları yaşıl meydana daxil olublar.
Azərbaycan Prezidenti İlham Əliyev və FİFA-nın prezidenti Yozef Blatter komandaların oyunçularını, hakimləri təbrik edərək onlara uğurlar arzulayıblar.
























Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi