Konka Messi və Ronaldonu geridə qoydu

Konka Messi və Ronaldonu geridə qoydu
XƏBƏR 8 Sentyabr 2012 / 13:05 2874
-  A +

Çinin "Quançjohu" klubunun futbolçusu Dario Konka aldığı illik məvaciblə Lionel Messi və Kriştiano Ronaldonu geridə qoyub.

Qol.Az-ın məlumatına görə, argentinalı futbolçu yalnız Cənubi Amerika və Çində tanınmasına baxmayaraq, komandasında 10,6 milyon avro maaş alır.

Transfer qiyməti 1 milyon avro olaraq göstərilən Konka Messidən 100 min, Ronaldodan isə 600 min avro çox qazanır. Lakin Konka dünya ulduzlarından "Anji"nin hücumçusu Samuel Eto'Odan geri qalır.

Qeyd edək ki, Eto'O "Anji"də ilinə 20 milyon avro qazanır.

Daha çox


Son xəbərlər