Emin Mahmudov “Spartak”ın əsas heyətində

Emin Mahmudov “Spartak”ın əsas heyətində
XƏBƏR 8 Avqust 2012 / 15:57 2439
-  A +

Moskvanın “Spartak” klubu Donetskin “Şaxtyor” klubu ilə yoldaşlıq görüşü keçirmək üçün bu gün Ukraynaya yola düşüb.

Qol.AZ-ın “Sport Ekspress” qəzetinə istinadən verdiyi məlumata görə, Moskva klubunun baş məşqçisi Unai Emeri Donetskə apardığı 18 futbolçunun siyahısına həmyerlimiz Emin Mahmudovun da adını daxil edib.

Görünür, son zamanlar “Spartak”ın Emini başqa kluba icarəyə verəcəyinə dair yayılan xəbərlərin əksinə olaraq, Emeri həmyerlimizin xidmətində maraqlıdır. Belə olmasaydı, onu əsas heyətlə birgə Donetskə aparmazdı.

Qeyd edək ki, “Şaxtyor”-“Spartak” matçı sabah Bakı vaxı ilə saat 21:00-da Donetskin məşhur “Donbas Arena” stadionunda oynanılacaq.


 


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır