Millimiz Polşa yığmasına da uduzdu

Millimiz Polşa yığmasına da uduzdu
XƏBƏR 4 İyul 2012 / 18:47 1553
-  A +

Moskva şəhərində təşkil olunmuş dünya çempionatının seçmə mərhələsində çimərlik futbolu üzrə Azərbaycan milli komandası bu gün Polşa yığması ilə qarşılaşıb.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma 6:5 hesabı ilə polşalı futbolçuların xeyrinə yekunlaşıb.

Millimizin heyətində Elhad Əhmədov dubl edib. Hərəyə 1 dəfə isə Emin Kürdov, Zeynal Zeynalov və Əbdül Əliyev fərqlənib.

Qeyd edək ki, milli komandamız daha öncə Belarus və İsveçrə yığmalarına da uduzmuşdu.


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır