Pike: "Ramosla aramda problem olsaydı..."

Pike: "Ramosla aramda problem olsaydı..."
AVRO-2012 27 İyun 2012 / 14:16 2578
-  A +

"Barselona"nın müdafiəçisi Xerard Pike İspaniya millisindəki komanda yoldaşı Serxio Ramosla aralarında heç bir problem olmadığını bildirib.

Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, Pike "Real" (Madrid) klubunun futbolçusu ilə hər keçən gün daha yaxşı anlaşdığını vurğulayıb: 

"Düzünü desəm, Puyol üçün darıxmışam. Ancaq Ramos da yaxşı futbolçudur. Hər keçən gün daha yaxşı anlaşırıq. Aramızda heç bir problem yoxdu. Əgər hansısa problem olsaydı, bu, milli komandaya zərər verərdi".

Qeyd edək ki, "Avro-2012"nin yarımfinalında bu axşam Portuqaliya ilə qarşılaşacaq İspaniya millisində müdafiənin mərkəzində yenə Pike və Ramos yer alacaq.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi