"Xəzər Lənkəran"ın rəqibi lider oldu

"Xəzər Lənkəran"ın rəqibi lider oldu
XƏBƏR 27 İyun 2012 / 00:40 2671
-  A +

Avropa Liqasında "Xəzər Lənkəran" və "İnter"in rəqibləri olan "Nomme Kalyu" və "Trans" (Narva) klubları Estoniya çempionatında növbəti oyunlarına çıxıblar.

Qol.Az-ın məlumatına görə, Lənkəran təmsilçisinin rəqibi "Nomme Kalyu" klubu öz meydanında "Kuressaare" komandasını qəbul edib.

Görüş 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Bu qələbə ilə xalını 43-ə yüksəldən "Nomme Kalyu" turnir cədvəlinin ilk pilləsinə yüksəlib.

"İnter"in rəqibi "Trans" klubu isə doğma azarkeşləri önündə "Levadiya" (Tallin) komandası ilə qarşılaşıb. Fasiləyə üstün yollanan "Trans" ikinci hissədə qapısında iki top görməklə oyundan məğlub ayrılıb - 1:2.

Qeyd edək ki, "Trans" isə 14 oyundan sonra 15 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi