Nikolov: “Arxayınçılıq baha başa gələ bilər”

ÖLKƏ FUTBOLU 25 İyun 2012 / 17:58 2090
-  A +

Bakının “İnter” klubunun prezdenti Georgi Nikolovun Qol.Az saytına müsahibəsi

- Avroliqada ilk rəqibiniz Estoniyanın “Trans” komandası oldu. Bu rəqib haqda nə deyə bilərsiniz?

- Püşkün nəticəsi normaldır.  Çünki digər güclü rəqiblər vardı ki, onlarla da qarşılaşa bilərdik. Məsələn, Macarıstanın “MTK” klubunu göstərə bilərəm. Rəqibimiz haqda İnternetdən bilgi aldım. Belə götürəndə son vaxtlar elə də uğurlu çıxışlar etməyiblər. Növbəti mərhələyə keçə bilərik.

- İlk qarşılaşmanın Bakıda keçirilməsini klubunuz üçün uğurlu hesab etmək olar?

- Ola bilsin, bu amil bizim növbəti mərhələyə keçməyimizə yaxşı mənada təsir göstərsin. Əgər, ilk qarşılaşmada qələbə qazansaq, təkrar görüşə bir qədər sakit çıxacağıq.

- Sizcə, klubunuzun Avroliqada uğurlu çıxış etməsi üçün kifayət qədər transfer etmisinizmi?

- Mən düşünürəm ki, ilkin mərhələlər üçün transferlərimiz yaxşıdır.

- Siz o fikirlə razısınız ki, bu dəfə avrokuboklarda çıxış edəcək klublarımızın hamısına münasib rəqiblər düşüb?

- Gəlin, tələsməyək. “İnter” - “Trans” cütlüyündə şanslar 50-50-yədir. Əgər “İnter” ilk qarşılaşmada qələbə qazana bilsə, ümumi nəticənin bizim üçün yaxşı olacağını fikirləşirəm.
Digər komandalarımıza gəlincə, onlar da arxayınlaşmamalıdır. Klublarımızın bütün rəqiblərlə ciddi mübarizə aparacağını düşünürəm. Çünki hamısı özünü beynəlxalq turnirlərdə göstərməyə çalışır. Lazımsız arxayınçılıq istənilən komandaya baha başa gələ bilər.

Əli HƏYATİ

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır