London olimpiadasına 52-ci lisenziya

London olimpiadasına 52-ci lisenziya
LONDON-2012 18 May 2012 / 17:33 2222
-  A +

Azərbaycan 2012-ci il London Yay Olimpiya Oyunlarına 52-ci lisenziyanı qazanıb.

Lent.az-ın məlumatına görə, Çində keçirilən boks üzrə qadınlar arasında dünya çempionatında Yelena Vıstropova planetin ən böyük yarışında iştirak etmək hüququ qazanıb. 75 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz yarımfinalda İsveç nümayəndəsi Anna Laurellə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən döyüşdə milli komandamızın üzvü 16:15 hesabı ilə qələbə qazanıb. Sonuncu – 4-cü raundda boksçumuz rəqibini noqdauna salıb.

Bu Azərbaycan boksçularının artıq 8-ci lisenziyasıdır. Buna qədər kişilərdən ibarət milli komandamızın üzvləri London olimpiadasına 7 vəsiqə əldə etmişdilər.

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır