"Raul hələ də Avropanın yüksək səviyyəli futbolçudur"

"Raul hələ də Avropanın yüksək səviyyəli futbolçudur"
XƏBƏR 31 Mart 2012 / 17:09 1956
-  A +

İspaniya millisinin baş məşqçisi Visente Del Boske komandasının sabiq üzvü Raul Qonzales haqda xoş sözlər deyib.

Qol.Az-ın məlumatına görə, "Europa Press"ə danışan ispaniyalı mütəxəssis Raulun Almaniyada ölkəsini layiqincə təmsil etdiyini bildirib:

"Raul "Şalke"də mükəmməl oyun sərgiləyir. "Atletik" (Bilbao) ilə oyunda vurduğu iki qol buna sübutdur. O, İspaniyanı Almaniyada layiqincə təmsil edir. Raulun yenidən milliyə çağırmağıma gəldikdə isə onun məndən belə bir istəyi olmayıb. Ancaq Raul hələ də Avropanın ən yüksək səviyyəli futbolçularından hesab olunur".

Qeyd edək ki, 2010-cu ildə "Şalke"yə transfer edilən Raul keçirdiyi 60 oyunda 25 qola imza atıb.


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır