"Qəbələ" üçün yubiley və rekordlarla zəngin tur

"Qəbələ" üçün yubiley və rekordlarla zəngin tur
XƏBƏR 26 Mart 2012 / 01:27 1983
-  A +

Unibank Premyer Liqasının XXV turunda “İnter”i qəbul edən “Qəbələ” bu dəfə də qonaq komandanı xala həsrət qoyub.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Fatih Kavlakın yetirmələri həm uğurlu seriyalarını davam etdirib, həm də “İnter” sindromunu qırıb.

Bu matç eyni zamanda bir sıra yubiley və rekordlarla da əlamətdar olub...

- “Qəbələ”nin futbolçusu Pavel Doroşev 2 rekorda imza atıb. Birincisi, latviyalı qolkiper klubun heyətində ölkə çempionatında 89-cu matçına çıxmaqla ötən tur təkrarladığı rekordu yenilənib. Bununla da, o, “Qəbələ”nin 6 illik Premyer Liqa tarixində 88 matça çıxan Abdulkader Kamaranı arxada qoydu.

- Bundan başqa Pavel Kamaranın digər rekorduna şərik olub. “Qəbələ”nin heyətində bütün yarışlarda ümumilikdə 97-ci dəfə meydana çıxan Doroşev artıq bu göstəricidə də klub rekorduna şərikdir.

- Komandanın digər futbolçusu Deon Barton isə “Qəbələ”də 50-ci – yubiley matçını keçirib. O, klub tarixində 100-ü yarılayan 18-ci futbolçu olub.

- Yubilyar yalnız 81-ci dəqiqədə meydana çıxdığı görüşdə qələbə qolunu vurmaqla Unibank Premyer Liqasında 15-ci dəfə fərqlənib. Barton klubun çempionatdakı bombardirləri siyahısında liderliyini möhkəmlədib. Bütün qollarını çempionatda vuran Yannik Kamanan isə 6-ya çatıb: Deon Barton – 15, Kənan Kərimov, Vitali Balamestnı – 11, Luiz Hilario, Fərzad Hatəmi – 8, Samir Zərgərov, Tornike Aptsiauri, Kristian Torres, Tomaş Stolpa – 7, Viktor Mendi, Milan Antiç, İqor Melnik, Yannik Kamanan – 6.

- Bu qələbə qolu sayəsində “Qəbələ” tarixində 17-ci dəfə qarşılaşdığı “İnter” üzərində 3-cü qələbəsini qazanıb. 15 dəfə çempionat, 2 dəfə kubokda üz-üzə gələn rəqiblərin duellərində “Qəbələ 1 dəfə Unibank Premyer Liqası, 1 dəfə kubokda qalib gəlmişdi. Komanda çempionatda 1574 günlük sindroma son qoyub rəqibini məğlub edib. Sonundu dəfə buna 2007-ci il dekabrın 2-də təsadüf olunmuşdu - 2:1. Kubokdakı qələbə isə 1053 gün öncə qeydə alınıb. Bundan əvvəlki 3 qarşılaşmanın heç-heçə bitdiyini nəzərə alsaq “Qəbələ” 4 oyundur “İnter”ə uduzmur.

- “Qəbələ” tarixinin 60-cı ev qələbəsini qazanıb. 114-cü dəfə doğma meydana çıxan komanda 38 dəfə Premyer Liqa, 9 dəfə kubok, 13 dəfə birinci dəstədə qalib gəlib.

- “Qəbələ” baş məşqçisi Fatih Kavlakın rəhbərliyi altında Premyer Liqada 5-ci ev qələbəsini qazanıb. Komanda buna məğlub olmadığı 7 matçda nail olub.

- “Qəbələ” ardıcıl 8, çempionatda isə 7 oyundur meydanı qolsuz tərk etmir. Komanda sonuncu dəfə ötən il dekabrın 21-də “Qarabağ”la 0:0 bitən qarşılaşmada meydanı qolsuz tərk edib. 2009/10 mövsümündə ardıcıl 9 çempionat oyununda qol vuran komanda həmin rekordun 2 addımlığındadır. Unibank Premyer Liqasının bu 7 matçında komanda 16 top vurub.

- “Qəbələ” son 9 ev oyununda uduzmur. Son dəfə  ötən il oktyabrın 29-da “Simurq”a 0:2 hesabı ilə uduzan komanda sonrakı 7 çempionat və 2 kubok matçında yenilməz olub.

- Çempionatdakı son 3 ev oyununu qələbə ilə başa vuran “Qəbələ” bu il öz meydanında keçirdiyi 4 matçda ən azı 2 qol vurur.

- Cari mövsüm final mərhələsinin 3 oyununda uduzmayan “Qəbələ” 2010/11 mövsümündə də həlledici mərhələni yenilməz keçmişdi. Həmin vaxt 7-12-ci yerlər uğrunda mübarizədə 10 oyunluq məğlubiyyətsizlik qeydə alınmışdı. Final mərhələlərində 13 matçdır uduzmayan komanda sonuncu dəfə 2010-cu il mayın 15-də “İnter”lə səfər oyununda final mərhələsindəki məğlubiyyətin acısını dadıb – 1:4.

- Bruno Silva “Qəbələ”də 40-cı rəsmi matçını keçirib.

- 16-cı dəfə meydana “Qəbələ”nin kapitanı kimi çıxan Mahir Şükürov bu göstəricidə Qoqa Berayaya çatıb. İndi o, yalnız 5 futbolçudan geri qalır: Kənan Kərimov – 49, Lyubo Baranin – 24, Xəyal Zeynalov – 22, Vitali Balamestnı – 20, İbrahim Hüseynov – 19.


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır