Hiddink Arda Turanı "Anji"yə gətirir

Hiddink Arda Turanı "Anji"yə gətirir
XƏBƏR 8 Mart 2012 / 12:41 2282
-  A +

Ulduz futbolçuları heyətinə qatmaqla diqqət çəkən Rusiyanın "Anji" klubu növbəti transfer hədəfini açıqlayıb.

Qol.Az-ın "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, Mahaçqala təmsilçisi "Atletiko" (Madrid) klubunun türkiyəli futbolçusu Arda Turana "elçi" düşüb.

"Anji" klubunun hollandiyalı baş məşqçisi Quus Hiddink Türkiyə millisindən yaxşı tanıdığı Ardanı komandasında görmək istədiyini bildirib. Təcrübəli mütəxəssis Ardanın transferi ilə bağlı rəhbərliyə müraciət edib.

Rusiya klubu Ardanın transferi üçün Madrid təmsilçisinə 24 milyon avro ödəməyə hazırdır. Türkiyə futbolçu "Anji"də oynayacağı təqdirdə ilinə 7,5 milyon avro qazanacaq.

Qeyd edək ki, Ardanın "Ateltiko"dakı illik qazancı 2,6 milyon avrodur.

 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi