Qvardiola və Lövdən "Çelsi" açıqlaması

Qvardiola və Lövdən "Çelsi" açıqlaması
XƏBƏR 8 Mart 2012 / 02:15 2428
-  A +

"Çelsi" klubunun baş məşqçi postuna namizədlərdən biri olan "Barselona"nın çalışdırıcısı Pep Qvardiola bu barədə açıqlama verib.

Qol.Az-ın məlumatına görə, "Daily Mail"ə danışan Qvardiola "Çelsi"də işləməyinin imkansız olduğunu bildirib:

"Çelsi"də işləməyim imkansızdır. Hazırda bütün diqqətimi "Barselona"nın uğurlarına yönəltmişəm. Andre Villas Boaş istedadlı mütəxəssis idi. Bununla belə, onun "Çelsi"dən nəyə görə ayrıldığı haqda danışmaq hüququna sahib deyiləm".

Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv də London klubunun sahibi Roman Abramoviçin onunla görüşməsinə münasibət bildirib.

"Abramoviçlə görüşüm olub. Ancaq onun təklifini qəbul edə bilməzdim. Çünki qarşıda bizi Avropa çempionatı gözləyir. Mən də komandanı Avro-2012-yə hazırlamalıyam. Üstəlik Almaniya millisi ilə 2014-cü ilə qədər müqaviləm var". 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi