Azərbaycan millisi FİFA reytinqində yeddi pillə gerilədi

ÖLKƏ FUTBOLU 7 Mart 2012 / 12:59 2418
-  A +

FİFA bu gün milli komandaların mart ayı üçün yeni reytinq cədvəlini açıqlayıb.

Qol.Az-ın məlumatına görə, milli komandamız ötən ayla müqayisədə 7 pillə geriləyərək 285 xalla 116-cı yerə yuvarlanıb.

Dubay təlim-məşq toplanışı zamanı Sinqapur yığması ilə 2:2 bərabərə qalan və Fələstinə 0:2 hesabı ilə uduzan Berti Foqtsun komandasının bu nəticələri FİFA reytinqinə də təsirsiz ötüşməyib.

DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərimizə gəldikdə isə yenə ən yaxşı göstərici Portuqaliya milisinə məxsusdur. Priney təmsilçisi bir pillə geriləyərək 1106 xalla 7-ci yerə yuvarlanıb.

Rusiya millisi isə ötən ayla müqayisədə bir pillə irəliləyib. Dik Advokatın komandası 1003 xalla 12-ci pilləyə yüksəlib. Digər rəqibləmizdən İsrail 38-ci (-3), Şimali İrlandiya 87-ci (-1), Lüksemburq isə 127-ci (+6) pillədə qərarlaşıb.

Ümumilikdə isə siyahıya yenə İspaniya yığması başçılıq edir. Son dünya və Avropa çempionları 1561 xalla 1-ci pillədəki mövqelərini qoruyublar. Hollandiya yığması isə bir pillə irəliləyərək ikinci yerə yüksəlib. Əvəzində Almaniya millisi 3-cü pilləyə enib.

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır