14 milyon avro + Kriştiano Ronaldo

XƏBƏR 6 Mart 2012 / 21:39 3007
-  A +

Madridin “Real” klubunun baş məşqçisi Joze Mourinyonun London “Çelsi”sinə qayıdacağı haqda xəbərlər səngimək bilmir.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı məlumata görə, Mourinyonu “Çelsi”də işləməkdən imtina etmir. Lakin bunun üçün o, müəyyən şərtlər irəli sürüb. Xüsusilə iddia olunur ki, portuqaliyalı mütəxəssis “Çelsi”dən illik 14 milyon avro və “Real”dan Kriştiano Ronaldonun transferini istəyir.

İngiltərənin “Daily Express” qəzeti isə Ronaldo üçün “Çelsi”nin fantastik məbləğ edəməyəcəyini yazıb.

Bununla belə, “Çelsi”nin prezidenti Roman Abromoviçin komandasının uğurlarına görə, hər cür fədakarlıq edəcəyi fikri də irəli sürülüb.
 




Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır